Avstraliya “Boeing 737 MAX”-ın öz ərazisində uçuşlarına qadağa qoyub

Bu barədə CASA-nın bəyanatında deyilir.

1162025
Avstraliya “Boeing 737 MAX”-ın öz ərazisində uçuşlarına qadağa qoyub

 

Avstraliyanın mülki aviasiya uçuşlarının təhlükəsizliyi idarəsi (CASA) “Boeing 737 MAX” təyyarələrinin İndoneziya və Efiopiyada qəzaya uğraması ilə əlaqədar bu avialaynerlərin ölkə ərazisi üzərində uçuşlarına qadağa qoyub.

Bu barədə CASA-nın bəyanatında deyilir.

“Bu müvəqqəti qadağadır, biz hələlik “Boeing 737 MAX” təyyarələrinin Avstraliyaya və Avstraliyadan uçuşları ilə bağlı riskləri qiymətləndirmək üçün yeni informasiyalar gözləyirik”, - deyə CASA-nın bəyanatında vurğulanır.

İdarənin məlumatına əsasən, Avstraliyanın heç bir aviakompaniyası “Boeing 737 MAX” laynerlərindən istifadə etmir, lakin iki xarici aviaşirkətə aid olan bu model təyyarələr ölkəyə uçuşlar həyata keçirir.

Efiopiyada baş verən qəzadan sonra Çin, Argentina və Sinqapur kimi ölkələrin  aviakompaniyaları da “Boeing 737 MAX 8” təyyarələrinin uçuşlarını dayandırıb.

Qeyd edək ki, Efiopiyada baş verən qəza nəticəsində 157 sərnişin həlak olmuşdu.



Әlaqәli Xәbәrlәr