Hollandiyalılar hökumətin iqlim siyasətilə etiraz etdilər

Hollandiyanın paytaxtı Amsterdamda təxminən 35 min insan hökumətin iqlim siyasətilə etiraz etdi.

1160653
Hollandiyalılar hökumətin iqlim siyasətilə etiraz etdilər

Hollandiyanın paytaxtı Amsterdamda təxminən 35 min insan hökumətin iqlim siyasətilə etiraz etdi.

Müxtəlif qeyri-hökumət təşkilatlarının dəstəyi ilə təşkil edilən "İqlim üçün yürü" mövzulu etiraz aksiyasına hər yaş qrupundan olan insanlar qoşuldu.

  Nümayişçilər şəhərin Dam meydanında toplaşdılar, baş yollardan keçərək  Muzey meydanına doğru yürüdülər.

  Hollandiya hökumətinin iqlim siyasətlərini tənqid edən nümayişçilər iqlim dəyişikliyi ilə mübarizədə effektiv siyasət həyata keçirilməsini tələb etdilər.

  Yağış altında keçirilən aksiyada üzərində "Marsda həyat var. Xeyr, təşəkkür edirəm "," Yer kürəsini təmiz saxla, yoxsa toxumlar yetişməz", "Gələcək nəsillərimizi qoru", "Qlobal xəbərdarlıq, hərəkət et" və "İqlimi gecikmədən xilas et" yazılmış plakatlar qaldırıldı.

  Digər tərəfdən, etirazlar zamanı  geniş təhlükəsizlik tədbirləri görüldü, şəhər mərkəzi ətrafındakı bəzi yollar nəqliyyata bağlanıldı.



Әlaqәli Xәbәrlәr