Harald Aspelund: "Xaşoqçi cinayətinə görə məsuliyyət daşıyanlar hesab verməlidirlər"

28 Avropa İttifaqı üzvünün daxil olduğu 36 ölkə Səudiyyə Ərəbistanı jurnalisti Camal Xaşoqçi cinayətini ən sərt şəkildə qınayaraq, bu cinayətə görə məsuliyyət daşıyanların hesab verməsini tələb etdi.

1159150
Harald Aspelund: "Xaşoqçi cinayətinə görə məsuliyyət daşıyanlar hesab verməlidirlər"

28 Avropa İttifaqı üzvünün daxil olduğu 36 ölkə Səudiyyə Ərəbistanı jurnalisti Camal Xaşoqçi cinayətini ən sərt şəkildə qınayaraq, bu cinayətə görə məsuliyyət daşıyanların hesab verməsini tələb etdi.
 
 İnsan Haqları Şurasının İsveçrənin Cenevrə şəhərində keçirilən 40-ci iclasında İslandiyanın Birləşmiş Millətlər Təşkilatının Cenevrə Ofisindəki daimi nümayəndəsi səfir Harald Aspelund 36 ölkə adından Şuraya xitabən oxuduğu birgə bəyanatda: "Səudiyyə Ərəbistanı tərəfindən İstanbuldakı baş konsulluqlarında törədildiyi təsdiq edilən jurnalist Camal Xaşoqçi cinayətini ən sərt şəkildə qınayırıq" dedi.
 
 Səfir Aspelund Xaşoqçinin öldürülməsinin dünya miqyasında jurnalistlərin qorunmasının vacibliyini və ifadə azadlığının əhəmiyyətini bir daha nümayiş etdirdiyini vurğuladı.
 
 Aspelund: "Cinayətə dair istintaq işi sürətli, təsirli, ətraflı, müstəqil, tərəfsiz və şəffaf aparılmalıdır. Cinayətə görə məsuliyyət daşıyanlar da hesab verməlidirlər" deyə danışdı.
 
 Səfir: "Səudiyyə Ərəbistanını əlindəki bütün məlumatları açıqlamağa çağırırıq" deyərək bu ölkəni Birləşmiş Millətlər Təşkilatının məhkəməsiz və özbaşına edamlar üzrə xüsusi məruzəçisi Aqnes Kallamardın (Agnes Callamard) apardığı istintaq da daxil olmaqla, cinayətə dair bütün itəhqiqatlarla əməkdaşlıq etməyə dəvət etdi.
 
 Aspelund, eyni zamanda, Səudiyyə Ərəbistanını insan haqları müdafiəçiləri və jurnalistlərin cəzalanma qorxusu olmadan söz azadlığından tam şəkildə istifadə edə bilmələri üçün lazımi addımlar atmağa çağırdı.
 
 İslandiya səfiri Aspelundun oxuduğu birgə bəyanata Avropa İtifaqının 28 üzv ölkəsi ilə yanaşı, Avstraliya, Kanada, Yeni Zelandiya, Monteneqro, Norveç, İslandiya, Monako və Lixtenşteyn imza atıblar
 
 2006-cı ildə  yaradılan BMT İnsan Haqları Şurası üçün ilklərdən biri olan bəyanata Səudiyyə Ərəbistanının Şuranın günortadan sonrakı sessiyasında cavab verməsi gözlənilir.
 
Xatırladaq ki, Səudiyyə Ərəbistanı jurnalisti Camal Xaşoqçi  2 oktyabr 2018-ci ildə nikah proseduru üçün  Səudiyyə Ərəbistanının İstanbul Baş Konsulluğuna getmiş və orada öldürülmüşdü.
 
 Orta Şərqin ən fəal jurnalistlərindən biri olan, "Washington Post" qəzetinin  yazarı Camal Xaşoqçinin Səudiyyə Ərəbistanının İstanbul Baş Konsulluğunda öldürülməsi zamanı və sonra baş verənlər hələ dəTürkiyənin və dünya ictimaiyyətinin gündəmindədir. 
 
 Cinayətin üzərindən keçən müddətdə Xaşoqçinin nə vaxt, harada və necə öldürülməsi ilə bağlı məlumatlar ortaya çıxdı, lakin cəsədinin harada olduğu hələ də müəyyənləşməyib.
 
Amerika Birləşmiş Ştatlarının "Washington Post" qəzeti ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CİAİ) Xaşoqçi cinayətinin əmrinin Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd ibn Salman tərəfindən verildiyi ilə bağlı bir nəticəyə gəldiyini yazmışdı.
 
 Birləşmiş Millətlər Təşkilatının məhkəməsiz və özbaşına edamlar üzrə xüsusi məruzəçisi Aqnes Kallamard Xaşoqçi cinayəti ilə əlaqədar  beynəlxalq istintaq çərçivəsində 28 yanvar-3 fevral tarixlərində Türkiyəyə etdiyi səfərə dair verdiyi bəyanatda: "Türkiyəyə səfərim zamanı toplanan dəlillər Xaşoqçinin Səudiyyə Ərəbistanının dövləti rəsmiləri tərəfindən amansızlıqla və əvvəlcədən hazırlanmış cinayət palnının qurbanı olduğunu göstərir" ifadəsini işlətmişdi.
 



Әlaqәli Xәbәrlәr