Aİ ölkələri terrorla mübarizədə uğursuz olan ölkələr siyahısını rədd etdi

Avropa İttifaqına üzv olan ölkələr Aİ Komissiyası tərəfindən hazırlanan terrorizmin maliyyələşdirilməsi və çirkli pulları yuma ilə mübarizədə uğursuz ölkələr siyahısının rədd edilməsi barəsində qərar qəbul etdi.

1159051

Avropa Şurası Səudiyyə Ərəbistanın da aralarında olduğu 23 ölkəni əhatə edən bu siyahının yekdilliklə rədd edildiyini açıqladı.
 
 Açıqlamada sözügedən ölkələr siyahısının şəffaf və uyğun şəkildə hazırlanmadığı üçün rədd edildiyi bildirilir.
 
 Avropa İttifaqı Komissiyası fevralın 13-də terrorizmin maliyyələşdirilməsi ilə mübarizədə uğursuz olan 23 ölkəni əhatə edən siyahı layihəsini açıqlamışdı.
 
 Siyahıda Əfqanıstan, Amerika Samoası, Bahamalar, Botsvana, Şimali Koreya, Efiopiya, Qana, Guam, İran, İraq, Liviya, Nigeriya, Pakistan, Panama, Porto Riko, Samoa Adası, Səudiyyə Ərəbistanı, Şri-Lanka, Suriya, Trinidad və Tobaqo, Tunis, Amerika Birləşmiş Ştatları, Virgin adaları ilə Yəmən vardı.
 
 Siyahıdakı ölkələrin maliyyə qurumları və müştərilərinin əməliyyatlarına Aİ ölkələrindəki bank və digər maliyyə qurumlarının yoxlama və nəzarətləri artacaqdı.
 
 Bundan sonrakı prosesdə Avropa İttifaqı Komissiyasının üzv ölkələrin qayğılarını nəzərə alaraq yeni bir layihə siyahı hazırlaması gözlənilir.

Әlaqәli Xәbәrlәr