ABŞ Xuan Quaydonu dəstəklədiyini bəyan etdi

Amerika Birləşmiş Ştatları Venesuelada özünü dövlət başçısı elan edən Xuan Quaydonun (Juan Guaido) rəhbərliyindəki demokratik keçid dövrünü güclü bir şəkildə dəstəklədiyini bildirdi.

1158585
ABŞ Xuan Quaydonu dəstəklədiyini bəyan etdi

  Amerika Birləşmiş Ştatları Venesuelada özünü dövlət başçısı elan edən Xuan Quaydonu (Juan Guaido) dəstəklədiyini bir daha bildirdi.

Ağ Evdən bununla bağlı verilən bəyanatda deyilir: "ABŞ Venesuelada Xuan Quaydo rəhbərliyindəki demokratik keçidi və parlamenti güclü bir şəkildə dəstəkləyir. Eyni zamanda, bu keçidi dəstəkləmək üçün yeni diplomatik və iqtisadi yollar axtarır".

  Venesuela prezidenti Nikolas Maduro ilə əməkdaşlıq edən digər ölkələrə isə sanksiya tətbiq ediləcəyi vurğulanan bəyanatda: "Maduronun xalqın həyatını oğurlamasına imkan verməyəcəyik" ifadəsi işlədilir.

  Trampın milli təhlükəsizlik məsələləri üzrə məsləhərçisi Con Bolton (John Bolton) da "Twitter" vasitəsilə mütəmadi olaraq Quaydonun lehinə olan paylaşmalarına davam edir.

  Bolton son dəfə Quaydonun dövlət başçısı Maduroya qarşı şənbə günü keçirmək istədiyi etiraz aksiyalarına dəstək olduğunu bildirmişdi.

 



Әlaqәli Xәbәrlәr