Vladimir Putin ABŞ-ı tәnqid etdi

Rusiya prezidenti Vladimir Putin  Amerika Birləşmiş Ştatlarının (ABŞ) Orta və yaxın mənzilli raketlərin ləğv edilməsi haqqında müqavilədən çıxma  qәrarını tәnqid edib.

1158251
Vladimir Putin ABŞ-ı tәnqid etdi

 

Rusiya prezidenti Vladimir Putin  Amerika Birləşmiş Ştatlarının (ABŞ) Orta və yaxın mənzilli raketlərin ləğv edilməsi haqqında müqavilədən çıxma  qәrarını tәnqid edib.

‘‘Amerika Birlәşmiş Ştatları Orta və yaxın mənzilli raketlərin ləğv edilməsi haqqında müqavilədən çıxaraq  beynәlxalq tәhlükәsizlik ilә bağlı yaradılan sistemi çökdürüb’’,-deyә Vladimir Putin qeyd edib.

Vladimir Putin  paytaxt Moskvada keçirilәn Rusiya Federal Tәhlükәsizlik Xidmәtinin idarә heyәtinin iclasında çıxış edib.

Xarici ölkәlәrin kәşfiyyat xidmәtlәrinin  Rusiyadakı fәaliyyәtlәrini genişlәndirmәk niyyәtindә olduğunu  ifadә edәn Vladimir Putin deyib: ‘‘Xarici ölkәlәrin kәşfiyyat orqanları  Rusiyadakı siyasi, iqtisadi, elmi və texnoloji mәlumatları әldә etmәk üçün ciddi sәy göstәrirlәr. Buna qarşı müasir metodlarla fәal şәkildә mübarizә aparmalıyıq’’.

Amerika Birləşmiş Ştatlarının (ABŞ) Orta və yaxın mənzilli raketlərin ləğv edilməsi haqqında müqavilədən çıxma qәrarını da qiymәtlәndirәn Vladimir Putin deyib: ‘‘Amerika Birlәşmiş Ştatları Orta və yaxın mənzilli raketlərin ləğv edilməsi haqqında müqavilədən çıxaraq  beynәlxalq tәhlükәsizlik ilә bağlı yaradılan sistemi çökdürüb. Sözügedən qәrar  ölkələrin mövcud fəaliyyətləri ilә bağlı vәziyyәti mәnfi şәkildә dәyişdirir.  Bu səbəblə FSB əməkdaşları da daxil olmaqla bütün orqanlardan verilən vəzifələri sürətli və səmərəli şəkildə hәyata keçirmәlәrini gözlәyirәm’’.

Xatırladaq ki, ABŞ dövlәt katibi Mayk Pompeo  ABŞ-ın  1987-ci il dekabr ayında ABŞ və Sovet İttifaqı liderləri tərəfindən Vaşinqtonda imzalanmış Orta və yaxın mənzilli raketlərin ləğv edilməsi haqqında müqavilədən çıxdığını açıqlamışdı.

Rusiya prezidenti Vladimir Putin isә ölkәsinin hәmin müqavilәdәn çıxdığına dair fәrmanı bu hәftәnin әvvәlindә imzalamışdı.



Әlaqәli Xәbәrlәr