Misir, Tunis və Əlcəzair nazirləri Liviyanı müzakirə etdilər

Qonşu ölkələr - Misir, Tunis və Əlcəzairin Xarici İşlər nazirləri Liviyadakı vəziyyəti müzakirə etmək üçün Misirin ev sahibliyində bir araya gəldi.

1157720
Misir, Tunis və Əlcəzair nazirləri Liviyanı müzakirə etdilər

  Misir, Tunis və Əlcəzair Birləşmiş Millətlər Təşkilatının Liviya üzrə xüsusi nümayəndəsi Qassan Selamenin Liviya böhranının həlli üçün göstərdiyi səyləri və siyasi uzlaşma məsələsini təqdir etdilər.

  Qonşu ölkələr - Misir, Tunis və Əlcəzairin Xarici İşlər nazirləri Liviyadakı vəziyyəti müzakirə etmək üçün Misirin ev sahibliyində bir araya gəldi.

  Misir Xarici İşlər naziri Samih Şukri toplantıdan sonra keçirilən birgə mətbuat konfransında bildirdi:

  “Mərakeşin Suheyrat şəhərində imzalanan Liviya Siyasi Müqaviləsi Liviyadakı mövcud böhrandan çıxış və Liviya xalqının istəklərinin reallaşması üçün əsas çərçivədir.

  Terror təşkilatlarının yayılması başda olmaqla, ölkənin üzləşdiyi vəziyyətə necə son veriləcəyinə dair üç ölkə arasında bir koordinasiya konfransı keçirdik. Liviyanın içində olduğu böhrandan çıxması və ölkədə şəffaf seçkilər keçirilməsi üçün BMT-nin Liviya üzrə xüsusi nümayəndəsi Qassan Selamenin planının tətbiqinə tam dəstək veririk.”

  Tunis Xarici İşlər naziri Hamin Cihinavi də bu sözləri söyləyib:

  “BMT-nin böhranın dincliklə həlli üçün etdiyi təklifləri müzakirə edirik. Münaqişələrin həllində əsas iş liviyalı tərəflərin üzərinə düşür. Qonşu ölkələrin də Liviyanın birliyi və keçmişini geri qaytarmasına böyük fayda verəcəyinə inanırıq”.

  Əlcəzair Xarici İşlər naziri Əbdülqadir Mesahil də Liviyanın birliyinə hörmət etmədən həllin mümkün olmadığını, ölkədə sabitliyin bərqərar olmasını istədiklərini, bu sabitliyin həm də Misir, Tunis və Əlcəzairin təhlükəsizliyinə töhfə verəcəyini bildirdi.



Әlaqәli Xәbәrlәr