Əfqanıstanda tikinti şirkətinin ofisinə hücum nəticəsində 17 nəfər həlak olub

Əfqanıstanda tikinti kompaniyasının ofisinə hücum nəticəsində azı 17 nəfər həlak olub, 9 nəfər isə yaralanıb.

1158128
Əfqanıstanda tikinti şirkətinin ofisinə hücum nəticəsində 17 nəfər həlak olub

Əfqanıstanda tikinti kompaniyasının ofisinə hücum nəticəsində azı 17 nəfər həlak olub, 9 nəfər isə yaralanıb.

Məlumata görə, hadisə  martın 6-da səhər saatlarında Əfqanıstanın şərqində yerləşən Nanqarhar əyalətində qeydə alınıb. Bir qrup silahlı şəxs əyalətdəki hava limanının yaxınlığında  hücum törədib.

Həlak olanların hamısı tikinti kompaniyasının əməkdaşlarıdır.

Təcili olaraq hadisə yerinə gələn təhlükəsizlik qüvvələri ilə atışma nəticəsində hücum edənlərin 5-nin öldürüldüyü bildirilir.

Qeyd edək ki, hücuma görə məsuliyyəti öz üzərinə götürən olmayıb.


Etiketlәr: #Əfqanıstan , #hücum

Әlaqәli Xәbәrlәr