Avropa İttifaqı və Qətər hərtərəfli aviasiya razılaşması imzaladı

Avropa İttifaqı Komissiyası bu barədə məlumat yayıb. Bildirib ki, 2016-ci ildən etibarən Qətər ilə edilən müzakirələr nəticəsində aviasiya razılaşması imzalandı.

1157048
Avropa İttifaqı və Qətər hərtərəfli aviasiya razılaşması imzaladı

Razılamşaya görə Qətər və Avropa İttifaqına üzv 28 ölkə 5 il ərzində mərhələli olaraq hava məkanlarını bir-birlərinin hava yolu şirkətlərinin istifadəsinə açacaq. təhlükəsizlik və uçuşlar başda olmaqla müxtəlif aviasiya məsələlərinə dair standartlar müəyyənləşdiriləcək. Aviasiyada şəffaf və ədalətli rəqabət təmin olunacaq. Prioritet ətraf mühitin və istehlakçı hüquqlarının qorunması olacaq. Tərəflər arasında ehtimal olunan ixtiraflara müdaxilə və həll edəcək bir mexanizm yaradılacaq.

Təxminlərə görə 2025-ci ilə qədər 2 min adama məşğulluq təmin edəcək razılaşma sayəsində Qətər 3 milyard avro qazanacaq.

Aİ və Qətər arasında imzalanan aviasiya müqaviləsi təsdiq prosesini tamamlandıqdan sonra qüvvəyə minəcək.



Әlaqәli Xәbәrlәr