İslam Əməkdaşlıq Təşkilatı Hindistan və Pakistana çağırış edib

İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Kəşmir bölgəsində Hindistan ordusunun müsəlman əhaliyə qarşı hücumlarını pisləyən bəyanat verib.

1155881
İslam Əməkdaşlıq Təşkilatı Hindistan və Pakistana çağırış edib

İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Kəşmir bölgəsində Hindistan ordusunun müsəlman əhaliyə qarşı hücumlarını pisləyən bəyanat verib. Bu bəyanat İƏT Xarici İşlər Nazirləri Şurasının iclasında səslənib.

Təşkilatın bəyanatında bildirilir ki,  İslam Əməkdaşlıq Təşkilatı Kəşmir bölgəsində günahsız insanlara qarşı silahlı hücumları yolverilməz hesab edir.

Qeyd olunur ki, Hindistanın Cammu və Kəşmir ştatında bu vəhşiliklərin güclənməsi islam ölkələrində dərin narahatlıq hissi yaradır.



Әlaqәli Xәbәrlәr