ABŞ Әş-Şәbaba ağır zәrbәlәr endirib
Bu barǝdǝ ABŞ Silahlı Qüvvǝlǝrinin Afrikadakı komandanlığından verilǝn mǝlumatda bildirilib.
ABŞ Silahlı Qüvvǝlǝrinin Afrikadakı komandanlığının (AFRİCOM) Somalinin Hiran bölgǝsinǝ endirdiyi zǝrbǝlǝr nǝticǝsindǝ terror tǝşkilatı Əş-Şǝbabın 26 üzvü mǝhv edilib.
Bu barǝdǝ ABŞ Silahlı Qüvvǝlǝrinin Afrikadakı komandanlığından verilǝn mǝlumatda bildirilib. Mǝlumata görǝ, bu il terror tǝşkilatı Əş-Şǝbaba qarşı 24 ǝmǝliyyat keçirilib.
Qeyd edǝk ki, ǝmǝliyyatla bağlı ǝtraflı mǝlumat verilmǝyib.
Mǝlumatda bildirilib ki, ABŞ terror tǝşkilatı Əş-Şǝbabla mübarizǝ çǝrçivǝsindǝ Somali rǝhbǝrliyi ilǝ ǝmǝkdaşlığını davam edǝcǝk
Әlaqәli Xәbәrlәr
Dünyanın ən böyük hava limanı tikilir
Bunu Dubay Əmiri, BƏƏ-nin baş naziri Şeyx Məhəmməd ibn Rəşid əl-Məktum deyib
“Gözəgörünməz köpəkbalığı” sualtı qayığı
Avstraliya artıq gələcəyin sualtı qayığına çevrilə biləcək qeyri-adi modelin prototipini işə salıb