Hindistanda tәhlükәsizlik qüvvәlәri ilә üsyançılar arasında qarşıdurma, ölәn var

Hindistanın Cammu Kәşmir bölgәsindә baş verәn qarşıdurmalar nәticәsindә bir polis, bir әsgәr  vә 3 üsyançı ölüb.

1152178
Hindistanda tәhlükәsizlik qüvvәlәri ilә üsyançılar arasında qarşıdurma, ölәn var

 

Hindistanın Cammu Kәşmir bölgәsindә baş verәn qarşıdurmalar nәticәsindә bir polis, bir әsgәr  vә 3 üsyançı ölüb.

Bu barәdә Polis İdarәsinin mәtbuat katibi Manoj Pandita mәlumat verib. Mәlumata görә, Kulqam bölgәsindә tәhlükәsizlik qüvvәlәri ilә üsyançılar arasında qarşıdurma olub.

Manoj Pandita qarşıdurmalar nәticәsindә bir polis, bir әsgәr  vә 3 üsyançının  öldüyünü bildirib.

Bölgәyә ötәn hәftә 10 min әsgәrin göndәrildiyi bildirilib.

Fevralın 14-dә tәhlükәsizlik qüvvәlәrinin maşınına tәşkil edilәn hücum nәticәsindә 44 hәrbçi hәlak olmuşdu, 20-si dә xәsarәt almışdı.



Әlaqәli Xәbәrlәr