Haitidə siyasi gərginlik

Korrupsiyaya qarşı etiraz aksiyalarına səhnə olan Haitidə avtomatlarla tutulan ABŞ vətəndaşları ölkələrinə qayıtdılar.

1150336
Haitidə siyasi gərginlik

ABŞ dövlət departamentindən bu barədə yayılan bəyanatda bildirilib ki, Haitidə silah yüklü maşınlarla tutulan ABŞ vətəndaşları Haitili səlahiyyətlilərlə koordinasiya daxilində ölkələrinə qayıtdılar.

Haiti Baş naziri Jean-Henry Ceantin sözçüsü bir radio kanalına müsahibəsində ABŞ vətəndaşlarının ölkədən ayrıldıqlarına dair məlumatının olmadığını, ədliyə nazirinin mövzu ilə əlaqəli dərha izahat verməsini gözlədiyini bildirib.

Qeyd edək ki, ötən həftə paytaxt Port-au-Princdə avtomatlarla dolu avtomobillərlə səyahət edərkən 8 nəfər tutuldu. Onlardan 5-nin Amerikalı ikisinin başqa bir ölkə, birinin isə Haiti vətəndaşı olduğu bildirildi. Tutulan şəxslərin Çərşənbə günü məhkəməyə çıxarılmaları planlaşdırılırdı ki, onlar bilinməyən səbəblə sərbəst buraxılaraq ölkələrinə qayıdılar.

 Haitidə dövlət başçılığına namizəd olan müxalif siyasətçi və keçimş jurnalist Jean Clarens Renois hadisənin Haiti hökumətinə inamı sarsıtdığını qeyd edib.

Karib ölkəsi Haitidə yüksək inflyasiya və Korrupsiyadan etiraz məqsədiylə xalq 7 Fevraldan bəri aksiyalar keçirir. Nümayişçilər Dövlət Başçısı Jovenel Moisenin istefasını tələb edirlər.



Әlaqәli Xәbәrlәr