ABŞ hərbçilərinin Suriyadan çıxarılması ilə bağlı yeni açıqlama verdi

Amerika Birləşmiş Ştatları təxminən 200 hərbçinin Suriyada bir müddət də qalacağını bildirdi.

1150304
ABŞ hərbçilərinin Suriyadan çıxarılması ilə bağlı yeni açıqlama verdi

Amerika Birləşmiş Ştatları təxminən 200 hərbçinin Suriyada bir müddət də qalacağını bildirdi.
 
 Ağ Evin sözçüsü Sarah Sanders Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilə ABŞ prezidenti Donald Tramp arasındakı telefon danışığından qısa müddət sonra ABŞ-ın Suriyadan çıxma prosesi ilə bağlı yazılı açıqlama verdi.
 
 Sandersin açıqlamasında: "Sülhü qoruma vəzifəsi daşıyan təxminən 200 hərbçidən ibarət kiçik bir qrup Suriyada hələ bir müddət qalacaq" ifadəsi işlədilir.
 
 Mövzu ilə əlaqədar təfərrüatlı məlumat veilməyən açıqlamanın Ərdoğan-Tramp telefon görüşündən dərhal sonra verilməsi diqqət çəkdi.
 
 Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp dekabr ayında verdiyi açıqlamada Suriyada terror təşkilatı DEAŞ-ın demək olar ki, tamamilə məhv edildiyini və artıq ABŞ hərbçilərinin bu ölkəni tərk edəcəyini bildirmişdi.



Әlaqәli Xәbәrlәr