Ceyms Cefri Mәsud Bәrzani ilә görüşüb

Bu barәdә Mәsud Bәrzaninin ofisindәn verilәn mәlumatda bildirilib.

1149739
Ceyms Cefri  Mәsud Bәrzani ilә görüşüb

 

İraq Küsd Regional Rәhbәrliyinin sabiq başçısı Mәsud Bәrzani vә Amerika Birlәşmiş Ştatlarının Suriya üzrә xüsusi nümayәndәsi Ceyms Cefri (Ceyms Jeffrey) Suriyadakı son vәziyyәti müzakirә ediblәr.

Bu barәdә Mәsud Bәrzaninin ofisindәn verilәn mәlumatda bildirilib. Mәlumata әsasәn, Mәsud Bәrzani Әrbilin Sәlahәddin qәsәbәsindә Ceyms Cefrinin rәhbәrliyindәki nümayәndә heyәti ilә bir araya gәlib.

Mәlumatda görüşdә bölgәnin vә İraqın siyasi vәziyyәti ilә yanaşı, Suriyadakı son vәziyyәtin müzakirә olunduğu bildirilib.

Tәrәflәr görüşdә hәmçinin terrorla mübarizәnin әhәmiyyәtinә toxunublar.

Ceyms Cefri terrorla mübarizә vә bölgәnin sabitliyinin Amerika Birlәşmiş Ştatlarının ilkin prioritetlәrindәn biri olduğunu söylәyib.

Görüşdә Bağdad ilә Erbil arasındakı әmәkdaşlığın davam etdirilmәsinin әhәmiyyәti vurğulanıb.



Әlaqәli Xәbәrlәr