Venesuela Müdafiə naziri: "Marionet bir hakimiyyət yaratmaq üçün cəsədimizi çeynəməlidirlər"

Venesuela Müdafiə naziri Vladimir Padrino Lopez hədələrə baxmayaraq dövlət başçısı Nikola Maduroya qeydsiz-şərtsiz sadiq qalmağa davam edəcəklərini bildirdi.

1148832
Venesuela Müdafiə naziri: "Marionet bir hakimiyyət yaratmaq üçün cəsədimizi çeynəməlidirlər"

 

Venesuela Müdafiə naziri Vladimir Padrino Lopez televiziya kanallarında canlı yayımlanan çıxışında müxalifəti dəstəkləməsi üçün ordunu hədələyən ABŞ prezidenti Donald Trampa cavab verdi.
 
 Lopez çıxışında: "Dövlət başçımız və Baş Qərargah rəisimiz var. Adı da Nikolas Maduro Morosdur. Əzəldən anti-emperialist olan Venesuela ordusu Bolivarçı Milli Silahlı Qüvvələrini (FANB) şantaj və təhdidlərlə manipulyasiya edilə bilməzlər" dedi.
 
 Müdafiə naziri konstitusiya və qanunları pozmayacaqlarını vurğulayaraq: "Bizi səciyyələndirən  bir şey varsa, o da şərəfdir. Milli şərəf bayrağını qaldırırıq. Əgər bizi cəzalandırmaq istəyirlərsə, sanksiya tətbiq edə bilərlər" deyə bildirdi.
 
 Lopez xarici bir hökumətdən heç vaxt əmr almayacaqlarını qeyd edərək: "Ən yüksək məbləği təklif edənə satılan muzdlu əsgərlər deyilik. Trampın əsl məqsədi Venesuelanın sərvətlərini oğurlamaqdır. Marionet, itaətkar və vətənpərvər olmayan bir hökumət yaratmaq istəyənlər Bolivarçı Milli Silahlı Qüvvələrində xidmət edən qadın və kişilərin vicdanını və vətənpərvər ruhunu qırmağa nail olmayacaqlar. Belə bir vəziyyətdə cəsədlərimizi çeynəmələri lazımdır" dedi.
 
Nazir Trampın humanitar yardım yolu ilə ölkədə vətəndaş müharibəsini başlatmaq istədiyini də dilə gətirdi.
 
 Qeyd etmək lazımdır ki, tarixinin ən ciddi siyasi və iqtisadi böhranını yaşayan Venesuelada humanitar böhran və yardım mübahisələri ABŞ dəstəkli müxalifət ilə hökumət arasında gərginliyin ən mühüm məqamlarından biridir.
 
Venesuela prezidentiı Nikolas Maduro yardımların ABŞ-ın işğal strategiyasının bir parçası olduğunu bildirir, bu şouya icazə verməyəcəyini qeyd edir.
 
 Müxalifət isə 300 min insanın təcili yardıma ehtiyacı olduğu, 2 milyon insanın sağlamlıq riski ilə üz-üzə qaldığı üçün yardımların ölkəyə girməsini vacib bilir.
 
 Təzyiqlərə baxmayaraq Maduroya sadiq qalmağa davam edən ordu sərhədi bağlayıb.

 Müxalifətin Kolumbiyanın Venesuela ilə sərhədindəki Kukuta qəsəbəsində saxlanılan paketləri fevralın 23-də ölkəyə necə gətirəcəyi məsələsi də qeyri-müəyyən olaraq qalır.
 
 Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Tramp dünənki çıxışında bu ana qədər Maduronun yanında dayanan Venesuela ordusunu hədələyib.

Tram bunları söyləyib: " Gələcəklərini, həyatlarını və Venesuelanın gələcəyini Kuba ordusu tərəfindən qorunan bir adam üçün riskə atırlar. Əgər Maduronu dəstəkləməyi seçsəniz, təhlükəsiz bir sığınacaq ,və ya asan bir çıxış yolu tapa bilməyəcəksiniz. Hər şeyi itirəcəksiniz". 
 
 
 
 



Әlaqәli Xәbәrlәr