Mayk Pompeo RUA telekanalına müsahibә verdi
Amerika Birlәşmiş Ştatlarının dövlәt katibi Mayk Pompeo terror tәşkilatı DEAŞ ilә fәrqli taktika ilә mübarizә aparacaqlarını deyib.
Amerika Birlәşmiş Ştatlarının dövlәt katibi Mayk Pompeo terror tәşkilatı DEAŞ ilә fәrqli taktika ilә mübarizә aparacaqlarını deyib.
İslandiyanın dövlət televiziyası RUV-a müsahibә verәn Mayk Pompeo terror təşkilatı DEAŞ-a qarşı aparılan mübarizәyә toxunub.
Terror təşkilatı DEAŞ-ın geniş əraziləri işğal etdiyi dövrün arxada qaldığını xatırladan Pompeo deyib: ‘‘Bu proses ABŞ-ın Suriya və İraqdakı tərəfdaşlarının, yerli qüvvələrin sәylәri nәticәsindә arxada qaldı. DEAŞ-a qarşı birdən çox qitədə mübarizә aparırıq. DEAŞ ilә fәrqli taktika ilә mübarizә aparacağıq’’.
Müsahibә zamanı İran mәsәlәsinә dә toxunan Mayk Pompeo deyib: ‘‘İran Orta Şәrqin tәhlükәsizliyinә böyük tәhdid tәşkil edir. Bu sәbәblә bu problemә qarşı mübarizә aparmalıyıq.
Mayk Pompeo ABŞ-ın bu məsəlә ilә bağlı qәtiyyәtli mövqe nümayiş etdirdiyini vurğulayıb.
Әlaqәli Xәbәrlәr
Dünyanın ən böyük hava limanı tikilir
Bunu Dubay Əmiri, BƏƏ-nin baş naziri Şeyx Məhəmməd ibn Rəşid əl-Məktum deyib
“Gözəgörünməz köpəkbalığı” sualtı qayığı
Avstraliya artıq gələcəyin sualtı qayığına çevrilə biləcək qeyri-adi modelin prototipini işə salıb