Fransa parlamentinin deputatı: "Fransa Yəməndə öldürür"

Fransa parlamentinin üzvü Sebastien Nadot hökumətin Yəmən mövzusundakı səssizliyinə və Səudiyyə Ərəbistanına silah satışına reaksiya olaraq parlamentə üzərində "Fransa Yəməndə öldürür" yazılmış plakatla gəldi.

1149070
Fransa parlamentinin deputatı: "Fransa Yəməndə öldürür"

Fransa parlamentinin üzvü Sebastien Nadot hökumətin Yəmən mövzusundakı səssizliyinə reaksiya olaraq parlamentə üzərində "Fransa Yəməndə öldürür" yazılmış plakatla gəldi.
 
Parlamentdə Yəmənlə bağlı heç bir iclas keçirilmədiyinə diqqət çəkən Nadot Fransanın Səudiyyə Ərəbistanına silah satmağa davam etməsini də tənqid etdi.
 
 2019-ci ilə aid büdcə layihəsinə qarşı çıxdığı üçün prezident Emmanuel Makronun yaratdığı Respuvlika Yürüşü Hərəkatından iki ay əvvəl işdən çıxarılan Nadotnun açdığı plakat parlamentarilər arasında təşvişə səbəb oldu.
 
Parlament sədri Riçard Ferrand Nadotdan plakatı mühafizəçiyə verməsini tələb etdi.
 
 Məclisdə plakat açmağa icazə verilmədiyi üçün Nadotun maaşından kəsiləcəyi bildirilir.
 
 Qeyd edək ki, uzun müddət siyasi qeyri-sabitliyin hökm sürdüyü Yəməndə Husilər 2014-cü ilin sentyabr ayından etibarən paytaxt Sana və bəzi bölgələrin nəzarətini əlində saxlayır.
 
 Səudiyyə Ərəbistanının rəhbərliyi altındakı koalisiya qüvvələri isə 2015-ci ilin mart ayından bu yana Husilərə qarşı Yəmən hökumətinə dəstək verir.
 
 Yəməndə 4 ildən çoxdur davam edən toqquşmalarda minlərlə insan həlak olub.
 
 Dünyanın ən kasıb ölkələrindən biri olan Yəməndə vətəndaş müharibəsi səbəbindən böyüyən humanitar böhran da dəhşətli həddə çatıb.
 
 Birləşmiş Millətlər Təşkilatına görə dünyanın ən böyük humanitar böhranlarından birinin olduğu Yəməndə əhalinin təxminən yarısını təşkil edən 10 milyon insan qıtlıq riski ilə üzləşib.
 
 Ölkədə 22 milyondan çox insanın yardıma və qorunmağa ehtiyacı var.
 

Bir çox sahədə humanitar böhranın yaşandığı ölkədə təmiz su çatışmazlığı, yetərsiz qidalanma, dərman və tibbi ləvazimatların azlığı  fonunda vəba başda olmaqla, bir sıra yoluxucu xəstəliklər hər gün daha da artır.



Әlaqәli Xәbәrlәr