Coy Hud ABŞ-ın İraqdakı hәrbi mövcudluğu ilә bağlı bәyanat verdi

ABŞ-ın İraqdakı  Müvəqqəti İşlər vəkili Coy Hud  (Joey Hood) İraq hökumətinin tələb edәcәyi tәqdirdә  bu ölkədəki qoşunlarını çıxara bilәcәklәrini  açıqlayıb.

1148796

Coy Hud  İraqın paytaxtı Bağdadda keçirdiyi mətbuat konfransında  ABŞ-ın İraqdakı hərbi mövcudluğu ilә bağlı  bəyanatlar verib.

Coy Hud  ABŞ әsgәrlәrinin İraqın mәrkәzi hökumәtinin istәyi ilә bu ölkәdәki mövcudluğunu davam etdirdiyini bildirib.

‘‘İraq hökumətinin tələb edәcәyi tәqdirdә ABŞ qoşunları, beynәlxalq koalisiya qüvvәlәri vә NATO qüvvәlәri ölkәdәn çıxa bilәr’’,-deyә ABŞ-ın İraqdakı  Müvəqqəti İşlər vəkili qeyd edib.

Coy Hud hәmçinin  İraqda  ABŞ-a aid hər hansı bir hərbi bazanın  olmadığını irəli sürüb.

Coy Hud İraqda tәxminәn 5 min 200 ABŞ әsgәrinin olduğunu vә İraq qüvvәlәri ilә birgә hәrәkәr etdiyini bildirib.

Qeyd edәk ki, Amerika Birlәşmiş Ştatlarının prezidenti Donald Tramp dekabrın 26-da İraqa sәfәr etmişdi vә Embardakı hәrbi bazaya baş çәkmişdi. Donald Tramp hәmçinin ABŞ әsgәrlәrinin İraqdan çıxmayacağını vurğulamışdı.

Etiketlәr: #ABŞ , #İraq

Әlaqәli Xәbәrlәr