Avropa Parlamenti ABŞ-la ticarət müqaviləsinə yaşıl işıq yandırdı

Avropa Parlamentinin Ticarət Komitəsi Avropa İttifaqı və Amerika Birləşmiş Ştatları arasında sənaye məhsullarında gömrük vergilərinin ləğv edilməsinə dair ticarət müqaviləsi müzakirələrinin başladılması istiqamətindəki qanun layihəsini təsdiq etdi.

1148453
Avropa Parlamenti ABŞ-la ticarət müqaviləsinə yaşıl işıq yandırdı

Avropa Parlamentinin Ticarət Komitəsi Avropa İttifaqı və Amerika Birləşmiş Ştatları arasında sənaye məhsullarında gömrük vergilərinin ləğv edilməsinə dair ticarət müqaviləsi müzakirələrinin başladılması istiqamətindəki qanun layihəsini təsdiq etdi.

Belçikanın paytaxtı Brüsseldə toplantı keçirən Avropa Parlamenti Ticarət Komitəsi ABŞ ilə Avropa İttifaqı arasında sənaye məhsullarında gömrük vergilərini ləğv etməklə bağlı ticarət müzakirələri aparmaq üçün Avropa İttifaqı Komissiyasının səlahiyyət tələbi məsələsini müzakirə etdi.

Komitə üzvləri ticarət müqaviləsi müzakirələrinin başladılması ilə əlaqədar qanun layihəsini 21 lehinə,17 əleyhinə səslə təsdiq etdilər.

Qanun layihəsində ticarət müqaviləsinin başa çatdırılması üçün ABŞ-ın idxal aliminium və polada olan gömrük vergilərini ləğv etməsi, avtomobillərə tətbiq olunacaq vergilərin də müzakirə edilməsi, kənd təsərrüfatı məhsullarının müzakirə olunmaması və Amerika Bİrləşmiş Ştatları tərəfindən yeni bir gömrük vergisinin tətbiqi halında müzakirələrin başa çatdırılması kimi şərtlər vardır.

 Sözügedən qanun layihəsinin mart ayında Avropa Şurası Parlament Assambleyasında səsə qoyulması nəzərdə tutulur.

Layihənin hüquqi qüvvəsi yoxdur, lakin Avropa İttifaqı və ABŞ arasında ticarət müqaviləssi müzakirələrində razılıq əldə olunduqdan sonra bu müqaviləyə Avropa Parlamenti səs verməlidir.

Qeyd etmək lazımdır ki, Avropa İttifaqı Komissiyası yanvar ayında ABŞ ilə sənaye məhsullarına qoyulan vergiləri ləğv etməklə bağlı ticari müzakirələrin aparılması üçün Avropa Şurasından səlahiyyət tələb edib.

Avropa Komissiyasının Avropa İttifaqının 28 üzv ölkəsinin adından ticarət müqaviləsi bağlamaq səlahiyyəti vardır. Aİ Komissiyası rəsmi müzakirələr aparmaq üçün ittifaq ölkələrinin razılıq almalıdır.      



Әlaqәli Xәbәrlәr