Avropa İnvestisiya Bankı Gürcüstana 250 milyon avro kredit ayrılmasını tәsdiqlәyib

Avropa İnvestisiya Bankı müxtəlif nəqliyyat vә infrastruktur layihələrinin həyata keçirilməsi üçün Gürcüstana 250 milyon avro kredit ayrılmasını tәsdiqlәyib.

1148415
Avropa İnvestisiya Bankı Gürcüstana 250 milyon avro kredit ayrılmasını tәsdiqlәyib

 

Avropa İnvestisiya Bankı müxtəlif nəqliyyat vә infrastruktur layihələrinin həyata keçirilməsi üçün Gürcüstana 250 milyon avro kredit ayrılmasını tәsdiqlәyib.

Kreditlә bağlı müqavilə  Gürcüstan Maliyyə naziri İvane Maçavariani ilə Avropa İnvestisiya Bankının  sədrinin müavini Vazil Hudak  tərəfindən paytaxt Tbilisidә  imzalanıb.

Nazirlәr Kabinetindә  təşkil edilən mərasimdə Gürcüstan Baş naziri Mamuka Baxtadze, nazirlər və Avropa İttifaqının  Tbilisidәki sәfiri Karl Hartzell (Carl Hartzell) dә iştirak ediblәr.

İmza mərasimindәn sonra  təşkil edilən mətbuat konfransında çıxış edәn  Baş nazir Mamuka  Baxtadze bu kreditin Gürcüstana verilən çox əhəmiyyətli  dəstək olduğunu vurğulayaraq Avropa İnvestisiya Bankının Gürcüstana ən çox sərmayə qoyan beynəlxalq təşkilatlardan biri olduğunu, bank ilə konkret әmәkdaşlığın gələcəkdə də davam edəcəyini söylәyib.

Mamuka Baxtadze Avropa İnvestisiya Bankından alınan kreditin Gürcüstanı  Azərbaycana və Ermənistana birləşdirәn magistral yol layihələrində istifadə ediləcəyini ifadə edərək deyib: ‘‘Bankın ayırdığı 250 milyon avroluq maliyyə dәstәyi  Rustavi-Qırmızı Körpü ilə Rustavi-Sadaxlo magistral yollarının salınması  və reabilitasiya layihələrinin hәyata keçirilmәsi üçün istifadә edәcәk’’.

Avropa İnvestisiya Bankının  sədrinin müavini Vazil Hudak isә Gürcüstanın Aİ ilə  olan inteqrasiya prosesinin irəlilədiyini vә bu çәrçivәdә  Gürcüstana kömәk etmәk  istədiklərini ifadə edib.

Vazil Hudak   Avropa İnvestisiya Bankının Gürcüstana ayırdığı  250 milyon avroluq kreditin Aİ-nin daha əvvəl Gürcüstana ayırdığı 6,1 milyard dollarlıq yardım fondunun bir hissəsi olduğunu söylədi.



Әlaqәli Xәbәrlәr