İsrail Baş naziri Omanın XİN rәhbәri ilә görüşüb

Bu barәdә İsrail Nazirlәr Kabinetinin mәtbuat xidmәtindәn verilәn mәlumatda bildirilib.

1144884
İsrail Baş naziri Omanın XİN rәhbәri ilә görüşüb

 

İsrail Baş naziri Binyamin Netanyahu Polşanın paytaxtı Varşavada Omanın Xarixi İşlәr naziri Yusif ibn Alevi ibn Abdullah ilә görüşüb.

Bu barәdә İsrail Nazirlәr Kabinetinin mәtbuat xidmәtindәn verilәn mәlumatda bildirilib.

Mәlumata әsasәn, "Orta Şərqdə Sülh və Təhlükəsizliyin Gələcəyini Dəstəkləmək" adı altında keçirilәn konfransda iştirak etmәk üçün Varşavaya sәfәr edәn İsrail Baş nazir Binyamin Netanyahu və Oman Xarixi İşlәr naziri Abdullah arasında görüş keçirilib.

Görüşdә İsrail Baş naziri  Oman Sultanı Kabus ibn  Səidin dəvəti ilə oktyabr ayında Maskada etdiyi rəsmi səfərin önəminә diqqәt çәkib.

Yusif ibn Alevi ibn Abdullah  isә  Orta Şәrqdәki ictimaiyyәtin keçmişә ilişib qaldıqları üçün çox әziyyәt çәkdiyini bildirib. 

İsrail Baş naziri Binyamin Netanyahu oktyabrın 26-da ölkələri ilə diplomatik əlaqəsi olmayan Omana rəsmi səfər etmişdi vә  Oman Sultanı Kabus ibn Səid ilə görüşmüşdü.



Әlaqәli Xәbәrlәr