ABŞ-ın Suriyanın şimal-şərqində “müşahidəçi qüvvə” planı

ABŞ-ın Müdafiə nazirinin əvəzi Petrik Şenahen jurnalistlərə İraq, Suriya və Əfqanıstanda keçirdiyi görüşlər barədə açıqlama verib.

1145145
ABŞ-ın Suriyanın şimal-şərqində “müşahidəçi qüvvə” planı

ABŞ-ın Müdafiə nazirinin əvəzi Petrik Şenahen (Patrick Shanahan) NATO-nun Müdafiə Nazirləri yığıncağında iştirak etmək üçün Belçikanın paytaxtı Brüsselə səfəri zamanı jurnalistlərə İraq, Suriya və Əfqanıstanda keçirdiyi görüşlər barədə açıqlama verib.

NATO-dakı həmkarlarına bu ölkələrdəki müşahidələrini çatdıracağını bildirən Şenahen “Suriyanın şimal-şərqində bir müşahidəçi gücü yaratma potensiyalı cəhətdən NATO yığıncağı bizim üçün fərqli bir imkan yaradacaq” deyib.

Petrik Şenahen jurnalistlərdən birinin bu müşahidəçi gücün necə bir güc olacağı, hansı ölkənin quracağı, kimin liderliyində vəzifə icra edəcəyi və harda yerləşdiriləcəyi sualına cavabən deyib:“ABŞ-ın Suriyadan çıxması ilə bölgədəki təhlükəsizlik və sabitliyin necə təmin olunacağına dair görüşlər davam edir. Bu gücə kim başçılıq edəcək? Açığı koalisiya öz qaynaqları və qabiliyyətlərilə bir seçimdir. Bu mərhələdə bizim istədiyimiz budur. Hələ də müzakirə edilir”.



Әlaqәli Xәbәrlәr