1796 “sarı jiletli” həbs edildi

Fransada sarı jiletlilərin aksiyaları  zamanı törədilən  hadisələrdə  iştirak etməkdə  ittiham edilən  min 796  nəfər həbs edildi. Bu banədə  ölkənin  hökumət rəhbəri Edouard Philippe məlumat yayıb.

1144006
1796 “sarı jiletli” həbs edildi

Milli Məclisdə etdiyi  çıxışında  etiraz nümayişləri  zamanı dövlət  binalarının hədəfə götürüldüyü  hücumları  qınayan Baş nazir Philippe, Sarı jiletlilər hərəkatının  başladığından bəri min 796  nəfərin  haqqında  həbs işi kəsildiyini  min 422 adamın məhkəmə prosesinin davam etdiyini bildirib.

Digər tərəfdən irqçi Milli Birlik Partiyasının keçmiş sədr müavini Floriant Philippot da Avropa Parlamentində sarı yeleklilerin   nümayişləri zamanı  polisin istifadə bibər qazı səbəbiylə gözünü  itirənlər ilə  həmrəy olduğunu ifadə etmək  üçün sarı yelek geydi və sağ gözünü  yumaraq kor olanların adlarını  oxudu.  

Qeyd edək ki, 17 noyabr 2018-ci ildə yanacaq qiymətlərinin  artırılmasına  reaksiya olaraq başlayan ancaq daha sonra Prezident Emmanuel Macronun rəhbərliyi əleyhinə çevrilən  nümayişlər zamanı son illərin  ən  qanlı  hadisələri yaşandı. Nümayişlərdə  11 nəfər həyatını itirdi, 2 mindən çox adam yaralandı  və  6 min nəfər  nəzarətə götürüldü.



Әlaqәli Xәbәrlәr