Venesuelada növbәti etiraz aksiyası
Tarixin әn ciddi siyasi böhranının yaşandığı Venesuelada hökumәt vә müxalifәt tәrәfdarları mitinqlәr keçirmәyә davam edirlәr.
Tarixin әn ciddi siyasi böhranının yaşandığı Venesuelada hökumәt vә müxalifәt tәrәfdarları mitinqlәr keçirmәyә davam edirlәr.
Venesuelanın paytaxtı Karakasın tarixi mәrkәzindә bir araya gәlәn Nikola Maduro tәrәfdarları sanksiya qәrarı vә hәrbi müdaxilәyә öz etirazlarını bildiriblәr.
Mәlumata әsasәn, Venesuela Birlәşmiş Sosialist Partiyası tәrәfindәn Bolivar meydanında keçirilәcәk aksiyada ölkә prezidenti Nikola Maduro da çıxış edәcәk.
Özünü Venesuelanın müvәqqәti prezidenti elan edәn Milli Mәclisin sәdri Xuan Quaido tәrәfdarları isә Amerika Birlәşmiş Ştatlarının Kolumbiya, Braziliya vә Karib dәnizindәki adaya göndәrdiyi humanitar yardımın ölkәyә gәtirilmәsi üçün aksiya keçirdilәr.
Mәlumatda müxaliflәrin Karakasın Las Mersedes sәmtindә dә aksiya keçirәcәyi qeyd olunub.
Qeyd edәk ki, özünü Venesuelanın müvәqqәti prezidenti elan edәn Milli Mәclisin sәdri Xuan Quaido mitinqlә bağlı şәxsi internet sәhifәsindәn verdiyi bәyanatda bildirib ki, silahlı qüvvәlәrimizә vәtәndaşlarımızın ehtiyacı olan dәrman vә әrzağın ölkәyә gәtirilmәsinә icazә verin deyәcәyik.
Xatırladaq ki, Xuan Quaido özünü "müvəqqəti prezident" elan etdikdən sonra Avstraliya, Kanada, Kolumbiya, Peru, Ekvador, Paraqvay, Braziliya, Çili, Panama, Argentina, Kosta Rika və Qvatemala onu tanımışdılar. Avropa Parlamenti dә Xuan Quaidonu tanıdığını elan etmişdi.
Ancaq Meksika, Türkiyə, Rusiya, Kuba, Çin və Bolivya Venesuela prezidenti Nicolas Maduro hökumətinə dəstək verdiklərini elan etmişdilər. Maduro da cərəyan edən hadisələrə cavab olaraq ticari əlaqələr istisna olmaqla ABŞ ilə diplomatik və siyasi münasibətlərə son qoyduğunu açıqlamışdı.
Әlaqәli Xәbәrlәr
Rusiya Müdafiə Nazirliyi bəyanat yaydı
Rusiya Donetsk vilayətindəki Novokalinovo qəsəbəsini nəzarətə götürdüyünü açıqlayıb.