Mayk Pompeo: "Amerika bir cinayəti ört-basdır etmir"

Amerika Birləşmiş Ştatlarının dövlət katibi Mayk Pompeo (Mike Pompeo) Vaşinqton rəhbərliyinin Səudiyyə Ərəbistanı jurnalisti Camal Xaşoqçi cinayətinin ört-basdır edilməsinə kömək etməsi ilə bağlı ittihamları rədd etdi.

1143275
Mayk Pompeo: "Amerika bir cinayəti ört-basdır etmir"

Amerika Birləşmiş Ştatlarının dövlət katibi Mayk Pompeo (Mike Pompeo) Vaşinqton rəhbərliyinin Səudiyyə Ərəbistanı jurnalisti Camal Xaşoqçi cinayətinin ört-basdır edilməsinə kömək etməsi ilə bağlı ittihamları rədd etdi.

 "Washington Post" qəzetində dərc edilən xəbərə görə, Macarıstanda səfərdə olan və burada görüşlər keçirən Pompeo ABŞ-ın Budapeştdəki səfirliyində jurnalistlərə açıqlamalar verib.

  ABŞ dövlət katibi demokrat senator Tim Keynin (Tim Kaine) ötən həftə Vaşinqton rəhbərliyinin Səudiyyə Ərəbistanı jurnalisti Camal Xaşoqçi cinayətinin ört-basdır edilməsinə kömək etməsi ilə bağlı ittihamının xatırladılmasına: "Senator Keyn tamamilə səhv bir iddia irəli sürür. Amerika bir cinayəti ört-basdır etmir" ifadəsini işlədib.

 Pompeo ABŞ-ın Xaşoqçi cinayəti ilə bağlı araşdırmasının davam edəcəyini bildirərək: "Bunun üzərində diqqətlə işləyirik. Prezidentin bu məsələ ilə bağlı mövqeyi çox qətidir və bundan qəti ola bilməzdi. Daha çox məlumat əldə edildikcə, bütün şübhəlilərin bu məsələyə görə məsuliyyət daşıdığı görüşümüz olduğu kimi qalacaq" deyə danışdı.

  Xatırladaq ki, nikah proseduru ilə bağlı  2 oktyabr 2018-ci il tarixində Səudiyyə Ərəbistanının İstanbul Baş Konsulluğuna gedən Səudiyyə jurnalisti Xaşoqçi yoxa çıxmışdı. Daha sonra jurnalistin nə vaxt, harada və necə öldürdürüldüyünə dair  məlumatlar ortaya çıxdı, lakin cəsədinin harada olduğu hələ də müəyyən edilməyib.

  ABŞ-ın "Washington Post" qəzeti ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CİA) Xaşoqçi cinayətinin əmrini Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın verdiyi nəticəsinə gəldiyini yazmışdı.

  Birləşmiş Millətlər Təşkilatının məhkəməsiz və özbaşına edamlar üzrə xüsusi məruzəçisi Aqnes Kallamard (Agnes Callamard) Xaşoqçi cinayətinə qarşı beynəlxalq istintaq çərçivəsində 28 yanvar -3 fevral tarixlərində Türkiyəyə etdiyi səfərə dair verdiyi açıqlamada: "Türkiyəyə səfərim zamanı toplanan dəlillər Xaşoqçinin Səudiyyə Ərəbistanı dövlətinin rəsmiləri tərəfindən amansızlıqla və əvvəlcədən hazırlanmış cinayətə qurban getdiyini göstərir" deyə bildirmişdi.

 Mayk Pompeo səfəri çərçivəsində həmçinin, son aylarda Çin-Avropa İtifaqı-Kanada üçbucağında gərginliyin artmasına səbəb olan Çinin texnologiya və telekommunikasiya nəhəngi "Huawei"in məsələsini gündəmə gətirdi.

Pompeo Macarıstanın müstəqil bir ölkə olduğunu və öz qərarlarını özünün verəcəyini qeyd edib, "Huawei"in bu ölkə şəbəkələrindəki varlığının Macarıstanın xeyrinə istifadə olunmayacaq şəkildə - vətəndaşların şəxsi məlumatlarının məxfiliyinin pozulması kimi risklər daşıdığını söyləyib.

  ABŞ dövlət katibi həmçinin, "Huawei"in Macarıstandakı mövcudluğunun ABŞ-ın bu ölkədəki fəaliyyətini çətinləşdirməsi ilə bağlı narahatlıqlarını Macarıstan Xarici İşlər naziri Peter Şiyarto (Peter Szijjarto) ilə bölüşdüyünü qeyd edib.

 Xatırladaq ki, Kanada ABŞ-ın İrana sanksiyalarını pozmaq üçün saxtakarlıq etdiyi səbəbi ilə Vaşinqton rəhbərliyinin tələbi əsasında "Huawei" şirkətinin maliyyə işləri üzrə direktoru Mıng Vancounu  dekabrın 1-də Vankuverdə nəzarətə götürmüş, hadisə mətbuata daha sonra açıqlanmışdı.

  Çin tərəfi Mıng hadisəsindən sonra kanadalı iş adamı Maykl Spavor (Michael Spavor) və sabiq diplomat Maykl Kovrigin (Michael Kovrig) milli təhlükəsizliyi təhdid edən işlərdə qoşulduqlarını səbəb göstərərək, bu iki şəxsi saxlanıldıqlarını bildirmişdi.

 "Huawei" şirkətinin maliyyə işləri üzrə direktoru Mıng Vancou dekabrın 12-də Kanada məhkəməsi tərəfindən 10 milyon Kanada dolları müqabilində azadlığa buraxılmışdı.

  ABŞ Ədliyyə Nazirliyindən verilən açıqlamada da"Huawei" şirkətinin maliyyə işləri üzrə direktoru Mıng Vancounun 13  cinayətdən mühakimə olunduğu və ABŞ-a təhvil verilməsi üçün rəsmi müraciət edildiyini bildirilmişdi.

  Açıqlamada Çinin texnologiya şirkəti "Huawei"in "banklara yalan məlumat vermək", "qara pulları yumaq" və "pul köçürmə fırıldağçılığı" ilə yanaşı, ABŞ telekommunikasiya şirkəti "T mobile"ın kommersiya sirlərini oğurlamaqda ittiham edildiyi bildirilmişdi.

 



Әlaqәli Xәbәrlәr