ABŞ müdafiə nazirinin vəzifəsini icra edən Patrik Şanahan Əfqanıstana səfər edib

Bu barәdә ABŞ Müdafiә Nazirliyinin mәtbuat katibi Sen Robertson mәlumat verib.

1143308
ABŞ müdafiə nazirinin vəzifəsini icra edən Patrik Şanahan Əfqanıstana səfər edib

 

Amerika Birləşmiş Ştatlarının müdafiә naziri vәzifәsini icra edәn  Patrik Şanahan  Әfqanıstana sәfәr edib.

Patrik Şanihan sәfәri çәrçivәsindә Әfqanıstan prezidenti Әşrәf Qani ilә görüşüb.  Görüşdә ABŞ-ın Әfqanıstanla bağlı strategiyası әtrafında fikir mübadilәsi aparılıb.

Bu barәdә ABŞ Müdafiә Nazirliyinin mәtbuat katibi Sen Robertson mәlumat verib.

‘‘ABŞ müdafiә naziri vәzifәsini icra edәn Patrik Şanahanın  Әfqanıstan prezidenti Әşrәf Qani ilә keçirdiyi görüşdә ABŞ-ın Cәnubi Asıya ilә bağlı strategiyası әtrafında fikir mübadilәsi aparılıb, hәmçinin ABŞ vә Әfqanıstan arasındakı müdafiә әlaqәlәri müzakirә olunub’’,-deyә ABŞ Müdafiә Nazirliyinin mәtbuat katibi qeyd edib.

Sen Robertson bildirib ki, görüşdә ABŞ ilә Әfqanıstan arasındakı tәhlükәsizlik sahәsindәki әmәkdaşlığının әhәmiyyәti vurğulanıb.

Qeyd edәk ki, Patrik Şanahan daha әvvәl verdiyi açıqlamada bildirib  ki, ABŞ-ın Әfqanıstandakı  qoşun hissələrinin sayının azaldılması ilə bağlı heç bir göstəriş almayıb.

 

 



Әlaqәli Xәbәrlәr