Stokholmda partlayış olub, ölәn var
Bu barәdә ‘‘Aftonbaldet’’ qәzetinin yaydığı xәbәrdә bildirilib.
İsveçin paytaxtı Stokholmda yerləşən bir evdә partlayış baş verib.
Bu barәdә ‘‘Aftonbaldet’’ qәzetinin yaydığı xәbәrdә bildirilib. Mәlumata әsasәn, partlayış nәticәsindә bir nәfәr hәlak olub.
Stokholm Polis İdarәsindәn verilәn mәlumata görә, partlayış dünәn yerli vaxtla saat 15.00-da baş verib. Mәlumatda bildirilir ki, hadisәdәn sonra evdә araşdırma aparılıb.
Polis İdarәsinin mәtbuat katibi Anna Vestberq (Anna Westberg) hadisәnin terrorla әlaqәsinin olub-olmadığını araşdırdıqlarını bildirib.
Anna Vestberq hәmçinin qeyd edib ki, ərazidə yaşayan insanların həyatını üçün təhlükə yoxdur, lakin yaxınlıqda yerləşən evlərin sakinləri hər ehtimala qarşı təxliyə ediliblər.
Digәr tәrәfdәn ‘‘Expressen’’ qәzeti partlayışın terrorçu-kamikadze tәrәfindәn törәdildiyini irәli sürüb.
Faktla bağlı istintaq aparılır
Әlaqәli Xәbәrlәr
Rusiya Müdafiə Nazirliyi bəyanat yaydı
Rusiya Donetsk vilayətindəki Novokalinovo qəsəbəsini nəzarətə götürdüyünü açıqlayıb.