"ABŞ-a Venesuelada seçki yox, inqilab lazımdır", N.Maduro

Paytaxt Karakasdakı (Caracas) prezident sarayı Mirafloresdə təşkil edilən mətbuat konfransındakı çıxışında N.Maduro deyib...

1141882
"ABŞ-a Venesuelada seçki yox, inqilab lazımdır", N.Maduro

  Venesuelanın dövlət başçısı Nikolas Maduro Amerika Birləşmiş Ştatları və bölgədəki bəzi ölkələrin hərbi təhdidlərinin səbəbinin Venesueladakı neft, mədən və digər zənginliklər olduğunu söylədi.

  Paytaxt Karakasdakı (Caracas) prezident sarayı Mirafloresdə təşkil edilən mətbuat konfransındakı çıxışında N.Maduro deyib:

  “Əgər Venesuela kartof və ya banan becərsəydi, imperialist qasırğanın içində olmazdı.

  Bunu qəbul etməliyik ki, dünyada bir ABŞ imperatorluğu var və o, gözlərini Venesuela xalqının zənginliklərinə dikib. Bizə aşağı nəzərlə baxıb Venesuelanı arxa bağçası kimi görür və gözü zəngin nemətlərimizdədir. Bütün gücü ilə Venesuelaya təzyiq göstərməyə çalışır. Görünür, ABŞ-a Venesuelada seçki yox, inqilab lazımdır.

  Venesuelanın demokratiyası, xalqın azadlığı, suverenliyi, ərazi bütövlüyü və sülhü ABŞ tərəfindən təhdid altındadır. Humanitar yardım adı ilə Venesuelanın milli suverenliyinə hücum etmək istəyirlər.

  Əmniyyətimiz və sülhümüzü Donald Tramp hərbi işğal niyyətilə təhdid edir.

  ABŞ-ın Venesuela, Liviya, İraq, Suriya və Əfqanıstandakı siyasəti göz qabağındadır. Onlar Liviyaya silahlı müxalifət yaratdılar, amma Venesuelada buna nail olmadılar, çünki imkan vermədik və heç vaxt da verməyəcəyik.

  "Venesueladan əllərinizi çəkin" imza kampaniyasında indiyə qədər təxminən 2 milyon imza toplanıb.

  Ölkə yaşanan böhranın həll edilməsi üçün “4 mərhələli plan”ı dəstəkləyirik və kiminlə, harada və necə olursa olsun, dialoq masasına oturmağa hazırıq, hətta Quaydo ilə belə.”

  Özünü müvəqqəti dövlət başçısı elan edən Milli Məclis sədri Xuan Quaydo (Juan Guaido) və ətrafındakı müxalifəti tənqid edən Maduro bunları söyləyib:

  "Konstitusiyanın heç bir yerində paralel və virtual hökumət maddəsi yoxdur. Özlərini demokratiyanın üstündə görürlər.”



Әlaqәli Xәbәrlәr