Parisdә yaşayış binasında baş verәn yanğın nәticәsindә hәlak olanların sayı 10 nәfәrә çatıb

Fransanın paytaxtı Parisdə yaşayış binasında baş verən yanğın nəticəsində həlak olanların sayı 10 nəfərə çatıb.

1139289

Yerli mәtbuat orqanlarının yaydığı mәlumata әsasәn, faciə zamanı, həmçinin 30 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

İnsident Parisin 16-cı dairəsində yerləşən doqquzmərtəbəli binanın yuxarı mərtəbələrində baş verib. Yanğının söndürülməsinə çox sayda yanğınsöndürən cəlb olunub.

Polis hadisə ilə əlaqədar həmin binada yaşayan bir nәfәri saxlayıb.

Qeyd edәk ki, yanğını 6 saata nәzarәt altına almaq mümkün olub.

Etiketlәr: #Fransa , #Paris , #yanğın , #faciə

Әlaqәli Xәbәrlәr