Taliban hәrbi bölmәyә hücum etdi, ölәn vә yaralananlar var
Bu barәdә Sarı Pul valiliyinin mәtbuat katibi Zabihullah Amani mәlumat verib.
Əfqanıstanın şimalındakı Sari Pul vilayətinin Suzma Qala qәsәbәsindә Taliban üzvlərinin hərbi məntəqəyə təşkil etdiyi hücum nәticәsindә altı әsgәr hәlak olub.
Bu barәdә Sarı Pul valiliyinin mәtbuat katibi Zabihullah Amani mәlumat verib.
Zabihullah Amani Taliban üzvlərinin Suzma Qala qәsәbәsinin Qurkab bölgəsindəki hərbi məntəqəyə hücum etməsi nәticәsindә yeddi әsgәrin dә yaralandığını ifadә edib.
Amani bölgәyә әlavә qüvvәlәrin cәlb olunduğunu vurğulayıb.
Ölkәnin şimalındakı komandanlıqdan verilәn mәlumatda bildirilib ki, hücumdan sonra baş verәn qarşıdurma nәticәsindә Taliban qruplaşmasının 9 üzvü öldürülüb.
Әlaqәli Xәbәrlәr
Entoni Blinken Çinə etdiyi səfəri qiymətləndirib
Entoni Blinken CNN International-a verdiyi müsahibə zamanı Çinə etdiyi səfəri qiymətləndirib.