Aİ İran ilə ticarət mexanizmi barəsində açıqlama verəcək

Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Mogherini: "İran ilə xüsusi məqsədli ticarət mexanizminə dair açıqlama bir neçə saat ərzində Fransa, Böyük Britaniya və Almaniya rəsmiləri tərəfindən veriləcək" ded

1136581
Aİ İran ilə ticarət mexanizmi barəsində açıqlama verəcək

 

Avropa İttifaqına üzv və üzvlüyə namizəd ölkələrin xarici işlər nazirlərinin iştirakı ilə keçiriləcək "Gymnich" toplantısında iştirak etmək üçün Buxarestdə olan Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Mogherini mətbuata açıqlamalar verdi.
 
 İran ilə nüvə müqaviləsinin qüvvədə olduğunu və Beynəlxalq Atom Enerjisi Qurumunun buna dair 13 müsbət xarakterli hesabat verdiyini xatırladan Mogherini: "İran ilə xüsusi məqsədli ticarət mexanizminə dair açıqlama bir neçə saat ərzində Fransa, Böyük Britaniya və Almaniya rəsmiləri tərəfindən veriləcək. Sözügedən mexanizm nüvə müqaviləsində nəzərdə tutulduğu kimi, İran ilə qanuni ticarətin davam etməsini təmin edəcək" dedi.
 
 Mogherini Avropa İttifaqının İran ilə nüvə müqaviləsinə dəstəyinin davam etdiyini təkrarladı.
 
Qeyd etmək lazımdır ki,  Amerika Birləşmiş Ştatları rəhbərliyi 2015-ci ildə nüvə müqaviləsinin bağlanmasından sonra ləğv olunan bütün İran sanksiyalarının yenidən həyata keçiriləcəyini bildirmişdi.
 
 ABŞ xarici işlər naziri Mayk Pompeo (Mike Pompeo) və Xəzinə naziri Stiven Mnuçin (Steven Mnuchin)  İran sanksiyalarının noyabrın 5-dən etibarən yenidən tətbiq edilməyə başlanacağını bildirmiş, Avropa İttifaqı ölkələrinə heç bir sərbəstlik verilməyəcəyini qeyd etmişdi.



Әlaqәli Xәbәrlәr