BMT Fələstinə yardım üçün çağırış etdi

Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Təşkilatı Yaxın Şərqdəki 5 milyon 400 min fələstinli qaçqının insani tələbatlarının ödənilməsi ilə bağlı 1 milyard 200 milyon dollarlıq yardım üşün çağırış etdi.

1135459
BMT Fələstinə yardım üçün çağırış etdi

Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Təşkilatı Yaxın Şərqdəki 5 milyon 400 min fələstinli qaçqının insani tələbatlarının ödənilməsi ilə bağlı 1 milyard 200 milyon dollarlıq yardım üşün çağırış etdi.
 
 Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Təşkilatının baş komissarı Pyer Krahenbul (Pierre Krahenbuhl) Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Tramp rəhbərliyinin onlara təmin etdiyi illik maliyyə dəstəyini demək olar ki, bütünlüklə kəsməsinə baxmayaraq, 2018-ci ildə hədəflədikləri vəsaiti təmin etdiklərini söylədi.
 
 Krahenbul fələstinli qaçqınların "həyat xilas edən" insani tələbatlarının ödənilməsi ilə bağlı beynəlxalq ictimaiyyətə 1 milyard 200 milyon dollarlıq yardım üçün müraciət etdi.
 
 Fələstinli Qaçqınlara Yardım Təşkilatının baş komissarı ianəçi ölkələrə ötən ilki töhvələrinə görə də təşəkkür edərək, görülən böyük səfərbərlik sayəsində 446 milyon dollarlıq maliyyə kəsirini bağladıqlarını qeyd etdi.
 
 Digər tərəfdən, Həmasın hərbi qanadı- İzzəddin əl-Qassam Briqadaları da, Fələstin müqavimətinə virtual valyuta - bitcoin ilə dəstək verməyə çağırdı.
 
 Bu dəstəyin hansı mexanizmlə həyata keçiriləcəyinə dair məlumatın tezliklə açıqlanacağı bildirilir.



Әlaqәli Xәbәrlәr