Sudanda etiraz nümayişləri yayılaraq davam edir

Sudanda, tərkibində müxtəlif peşə təşkilatlarının da iştirak etdiyi Sudan Peşə qrupları Birliyi və 3 müxalif qrup, ölkədə bu gün etiraz nümayişi keçirəcək.

1134878
Sudanda etiraz nümayişləri yayılaraq davam edir

Sudan Peşə qrupları Birliyi, Nida Sudan İttifaqı, Milli Birlik Gücləri və Müxalif toplaşma Koalisiyasının yazılı açıqlamasında xalqa çağırış edilib ki, Hartum, Bahri, Umdurman şəhərləri ilə Cəbəl Övliya, Şərqi Nil, Kereri və Umbedde bölgələrində 24 mərkəzdə toplandıqdan sonra şəhər mərkəzi istiqamətində yürüş başladılsın.

Birlik, bazar günkü açıqlamasında da paytaxtın qərbində yerləşən Umdurman şəhərinin Cebra, es-Sahaf, Eburuf, El-Mevredə, Burr və əs-Sevra məhəllələrindəki meydanlarda toplanılaraq aksiya keçirilməsi haqqında çağırış etmişdi.

Sudanda yayılaraq davam etdən nümayişlərə 19 dekabrda hökumətin çörək qiymətlərini artırdıqdan sonra start verildi. Beynəlxalq Əfv Təşkilatının hesabatına görə müxtəlif şəhərdərdə keçirilən etiraz nümayişlərində bu günə qədər həyatını itirənlərin sayı 40 nəfərə çatıb.



Әlaqәli Xәbәrlәr