Nikola Maduro ABŞ-a reaksiya göstәrdi

Venesuela prezidenti Nikolas Maduro  Amerika Birləşmiş Ştatlarının məqsədinin ölkəsinin sərvətlərinə әl qoymaq olduğunu bildirib.

1134734
Nikola Maduro ABŞ-a reaksiya göstәrdi

 

Venesuela prezidenti Nikolas Maduro  Amerika Birləşmiş Ştatlarının məqsədinin ölkəsinin sərvətlərinə әl qoymaq olduğunu bildirib.

ABŞ ilə bütün diplomatik münasibətləri keçən həftə kəsən Nikola Maduro  bu ölkədən gәlәn  venesuelalı diplomatları paytaxt Karakastaki Prezident İqamәtgahında qarşılayıb.

Nikola  Maduro  ABŞ-ın Venesuelanın PDVSA və Citqo neft şirkәtlәrinә  sanksiya tətbiq etməsinə münasibәt  bildirib.

"ABŞ bu qәrarla  Citqo şirkәtinә әl qoymaq istәyir. Bu qeyri-qanuni bir yoldur. PDVSA və Citqo rəhbərlərinə lazımi hüquqi prosedurları hәyata keçirmәlәri ilә bağlı göstәriş verdim. Beləliklə  ABŞ-ın məqsədinin  Venesuelanın sərvətlərinə əl qoymaq olduğunu anlayırıq.  Venesuelanın maraqlarını qorumaq üçün ABŞ-a lazım olan qanuni cavabı verəcəyik",-deyә Nikola Maduro qeyd edib.

Nikola  Maduro  sanksiya qәrarının  özünü ölkənin "müvəqqəti prezidenti" elan edən Milli Məclisin sədri Xuan Quaidonun istəyi ilә qәbul olunduğunu söylәyib.

Maduro Venesuelanın ABŞ-dakı diplomatlarına tәrәf dәyişdirmәlәri üçün pul tәklif edildiyini, ancaq diplomatların bunu qәbul etmәdiyini qeyd edib.

Müxalifәt liderlәrinә dialoq ilә bağlı çağrış edәn Nikola Maduro: ‘‘Hazırda cәsarәt, çevrilişә ''Yox'' deyə vaxtıdır’’ deyә vurğulayıb.

Nikola  Maduro  Venesuelanın tarixi  mübarizəylə üz-üzə olduğuna diqqəti çəkərək bildirib ki, tarixi günlər yaşayırıq, tarixi bir müharibə ilə üzləşirik. Çevriliş  və müdaxilә  zamanı 20-ci əsrdə qaldı. Venesuela 20-ci əsrə geri qayıtmayacaq. Venesuela  öz  demokratik və azad yolunda irəliləməyə davam edəcəkdir".



Әlaqәli Xәbәrlәr