Nicolas Maduro Türkiyə, Rusiya və Çinə təşəkkürlərini bildirdi

Venesuela Dövlət Başçısı Nicolas Maduro, Milli Məclisin sədri və müxalif lider Juan Guaidonun özünü müvəqqəti dövlət başçısı elan etməsinə  etirazları səbəbiylə,Türkiyə, Rusiya və Çinə minnətdarlığını bildirib.

1132708
Nicolas Maduro Türkiyə, Rusiya və Çinə təşəkkürlərini bildirdi

Prezident Nicolas Maduro Sosial media hesabından yaydığı  bəyanatında ölkəsinə və rəhbərliyinə dəstək verən çoxlu ölkənin olduğunu ifadə edərək Rusiya, Çin, Türkiyə ilə digər hökumətlər və dünya xalqlarına, Venesuelanın legitim hökumətinə güclü dəstəklərinə görə   minnətdarlığını bildirdiyini  vurğulayıb. Qeyd edək ki, Venesuelada iki gün əvvəl müxalifət və iqtidar tərəfdaşlarının təşkil etdiyi mitinqlər, ölkə və bölgədə  diqqətləri cəlb edən hadisələrin yaranmasına gətirib çıxardı. Milli Məclisin rəhbəri Guaido, müxaliflərin mitinqində özünü müvəqqəti dövlət başçısı elan etdi və başda ABŞ olmaqla Kanada, Kolumbiya, Peru, Ekvador, Paraqvay, Braziliya, Çili, Panama, Argentina, Kosta Rika və Qvatemala kimi ölkələr tərəfindən rəsmiyətə tanındı. Ölkənin dövlət başçısı Nicolas Maduro isə paytaxt Karakasdada minlərlə tərəfdarına müraciət edərək, ABŞ ilə bütün əlaqələrə son qoyduğunu, diqlomatlarına ölkədən çıxmaları üçün 72 saat möhlət verdiyini açıqladı.



Әlaqәli Xәbәrlәr