ABŞ-da hökumətin yenidən fəaliyyətə başlamasına dair səylər nəticəsiz qaldı

Respublikaçılar və Demokratların hökumətin yenidən açılmasına dair təqdim etdikləri iki fərqli qanun layihəsinə senatda kifayət qədər dəstək təmin olunmadı.

1132841
ABŞ-da hökumətin yenidən fəaliyyətə başlamasına dair səylər nəticəsiz qaldı

Respublikaçılar və Demokratlar tərəfindən təqdim olunan iki fərqli təklif layihəsinin qəbulu 100 üzvlü senatda ən az 60 müsbət səs tələb edir. Ancaq təklif layihnəsiylə bağlı keçirilən səs vermədə 52 lehdə səs verildi. Beləcə ABŞ prezidenti Trampın ABŞ- Meksika sərhədinə divar tikmək üçün 5,7 milyard dollarlıq büdcə tələbinin iştirak etdiyi layihə rədd edildi.

Ağ Ev senatdakı səs vermədən sonra 34 gündür fəaliyyəti dayandırılan hökumətin yenidən açılması üçün yeni bir təklif  layihəsi təqdim etdi. Yeni təklifdə bildirilir ki, divarın tikilməsi üçün 5.7 milyard dollar olmasa da müəyyən miqdarda vəsait ayrılması halında razılaşa bilərik.



Әlaqәli Xәbәrlәr