"Müxalifət lideri Xuan Quaydonu prezident vəzifələrinin icraçısı kimi tanıyıram", D.Tramp

ABŞ prezidenti Donald Tramp Venesuela müxalifətinin lideri Xuan Quaydonu ölkənin müvəqqəti prezidenti kimi tanıdığını açıqladı.

1132004

Tramp yaydığı açıqlamada Venesueladakı son vəziyyətə toxunaraq bildirib: “Müxalifət lideri Xuan Quaydonu prezident vəzifələrinin icraçısı kimi tanıyıram. Venesuela xalqı tərəfindən seçilən  tək qanuni hakimiyyət vasitəsi olan Milli Məclis Nikolas Maduro hökumətinin qanuni olmadığını elan etmək üçün addım atdı. Buna görə artıq prezident vəzifələrini icra edəcək biri yoxdur”.

ABŞ-ın siyasi və iqtisadi gücündən Venesuelada demokratiyanın bərpası üçün istifadə etməyə davam edəcəyini vurğulayan Tramp Qərb ölkələri liderlərini də Quaydonu tanımağa çağırdı.

Tramp ABŞ-ın Maduro hakimiyyətini özünün hərəkətlərinə görə günahlandırmaqda davam edəcəyini vurğuladı: “Zorakılıq qəsb edənlərin silahıdır, bizim yeganə addımımız isə azadlıq və demokratik bir Venesuela üçün birlikdə və güclü olmaqdır”.

Qeyd edək ki, son dövrdə siyasi gərginliyin dərinləşdiyi Venesuelada müxalifət və hakimiyyət tərəfdarları ölkənin müxtəlif yerlərində nümayişlər keçirirlər.

Әlaqәli Xәbәrlәr