Fransa Daxili İşlər naziri etiraf etdi

Fransa Daxili İşlər naziri Kristof Kastaner (Christophe Castaner) "sarı jiletlilər"in aksiyalarında polisin müdaxiləsi nəticəsində etirazçılardan bəzilərinin gözündən ağır yaralandığını etiraf etdi.

1131176
Fransa Daxili İşlər naziri etiraf etdi

Fransa Daxili İşlər naziri Kristof Kastaner (Christophe Castaner) "sarı jiletlilər"in aksiyalarında polisin müdaxiləsi nəticəsində etirazçılardan bəzilərinin gözündən ağır yaralandığını etiraf etdi.
 
 Kastaner Senatda verdiyi açıqlamada yaralılardan bəzilərinin bir gözünü itirdiyini bildirdi.
 
 Nazir Milli Polis İstintaq Orqanı (IGPN) tərəfindən "sarı jiletlilərin" etiraz aksiyalarında polisin nümayişçilərə qarşı zorakılıq tətbiq etməsi səbəbindən 81 istintaq işinin açıldığını xatırlatdı.
 
Kastaner keçən həftə verdiyi açıqlamada polisin aksiyalarda nümayişçilərə zorakılıq tətbiq etmədiyini, əksinə, etirazçıların polisə hücum etdiyini irəli sürmüş, həmçinin aksiyalarda dövlət rejimini təmin etmək üçün polisin bibər qazından istifadə etməyə ehtiyacı olduğunu qeyd etmişdi.
 
 "Liberation" qəzetinin xəbərinə görə, noyabrın 17-də başlayan "sarı jiletlilər"in aksiyalarında bibər qazının tətbiqi nəticəsində 69 nümayişçi yaralanıb.
 
 Xəbərdə 69 nəfərdən 14-nün hər birinin bir gözünü itirdiyi bildirilmişdi.
 
Bir sıra siyasətçi və insan haqları müdafiəçisi polisin istifadə etdiyi bibər qazının "sarı jiletlilər"in aksiyalarında bir çox nümayişçinin yaralanmasına səbəb olmasına reaksiya göstərmişdi.
 
 Fransada yanacağın bahalaşmasına və iqtisadi şərtlərin pisləşməsinə reaksiya olaraq 17 noyabr 2018-ci ildə başlayan, daha sonra prezident Emmanuel Makrona qarşı üsyana və qəzəbə çevrilən "sarı jiletlilər" aksiyaları ölkədə son illərin ən şiddətli etirazı hesab olunur.
 
 Aksiyalarda 10 nəfər həlak olub, 2 mindən artıq insan yaralanıb, təxminən 6 min nəfər saxlanılıb, mindən çox insan həbs cəzasına məhkum edilib.



Әlaqәli Xәbәrlәr