Dünya İqtisadi Forumu öz işinә başladı

Davosda Dünya İqtisadi Forumu bu gün (22 yanvar) öz işinə başlayıb.

1130810
Dünya İqtisadi Forumu öz işinә başladı

 

Davosda Dünya İqtisadi Forumu bu gün (22 yanvar) öz işinə başlayıb.

Dünyanı narahat edən mühüm məsələlərin müzakirə olunacağı budəfəki forum qlobal narahatlıq yaradan bir sıra risk amillərinin müzakirəsi baxımından diqqət çəkəcək.

Bu il 49-cu dəfə təşkil olunacaq Dünya İqtisadi Forumunda 110 ölkədən 3 mindən çox siyasətçi, biznesmen, elm adamları və qeyri-hökumət təşkilatlarının nümayəndələri 350-dən çox iclasda iştirak edəcək.

Birlәşmiş Millәtlәr Tәşkilatının beş daimi üzvü olan Amerika Birlәşmiş Ştatları, İngiltәrә, Fransa, Çin vә Rusiya prezidentlәrinin  vә ya Baş nazirlәrinin  Dünya İqtisadi Forumuna qatılmaması diqqәt çәkib.

Dünya İqtisadi Forumunda Türkiyәni Xarici İşlәr naziri Mövlud Çavuşoğlu, Xәzinә vә Maliyyә naziri Berat Albayrak, Ticarәt  naziri Ruhsar Pekcan vә Mәrkәzi Bankın rәhbәri Murat Çetinkayanın tәmsil etmәsi gözlәnilir.

60-dan çox  ölkənin dövlət başçısı və baş nazir səviyyəsində təmsil ediləcəyi sammitdə  Almaniya kansleri Angela Merkel, Yaponiya Baş naziri Şinzo Abe və Böyük Britaniya  taxtının ikinci varisi Kembric Hersoqu şahzadə Uilyam iştirak edәcәklәr.

Davos Sammitində 110 ölkədən 3 mindən çox iş adamı, siyasətçi, alim və qeyri-hökumət təşkilatının  nümayəndəsi iştirak edəcək.

Qeyd edәk ki, Amerika Birlәşmiş Ştatlarının prezidenti Donald Tramp Federal hökumәtin fәaliyyәtlәrini müvәqqәti dayandırması sәbәbindәn sammitә qatılmayacağını demişdi.

İngiltәrә Baş naziri Tereza Mey isә Avropa İttifaqı ilә yaşadığı  ‘‘Brexit’’lә bağlı böhran sәbәbindәn sammitdә iştirak etmәyәcәyini bildirmişdi.



Әlaqәli Xәbәrlәr