Aİ-nin Suriya və rus səlahiyyətlilərə sanksiya qərarı

Avropa İttifaqı(Aİ) Rusiya Baş Kəşfiyyat İdarəsinin keçmiş zabiti Sergey Skripalın zəhərlənməsində iştirakına görə Rusiyanın 9 vətəndaşına və bir müəssisəsinə qarşı sanksiya tətbiq edib.

1130056

Bu barədə qərar Aİ-yə üzv dövlətlərin xarici işlər nazirlərinin Brüsseldəki toplantısında qəbul olunub.

Sanksiyaya məruz qalanlar arasında Rusiya Baş Kəşfiyyat İdarəsinin direktoru, vitse-admiral İqor Kostikov və bir müavini, idarənin əməkdaşları Aleksandr Mişkin və Anatolu Çepiqanın da adları yer tutub.

Avropa İttifaqının XİN başçılarının toplantısında Suriyanın 5 şirkətinə və 11 nəfərə sanksiyanın genişləndirilməsi barədə də qərar qəbul olunub. 

Әlaqәli Xәbәrlәr