Yəmən müzakirələrinin ikinci turu Əmmanda başladı

BMT-nin himayəsində keçirilən Yəmən müzakirələrinin ikinci turu İordaniyanın paytaxtı Əmmanda başladı.

1126863
Yəmən müzakirələrinin ikinci turu Əmmanda başladı

BMT-nin himayəsində keçirilən Yəmən müzakirələrinin ikinci turu İordaniyanın paytaxtı Əmmanda başladı.

BMT-nin Yəmən üzrə xüsusi nümayəndəsi Martin Qriffithsin sözçüsü Hannan əl-Bədəvi 2 gün davam edəcək müzakirələrin əsirlərlə əlaqəli sənədləri təqib etmək üçün təşkil edilən və Qriffithsin ofisi ilə Qızıl Xaç rəsmilərinin yer aldığı komitənin iştirakı ilə başladığını söyləyib.

Qriffithsin Yəmənə sülh gətirmə cəhdlərinə dəstək olduğu və görüşlərə ev sahibliyini qəbul etdiyi üçün İordaniyaya təşəkkür etdiyini bildirən Bədəvi texniki mövzuların müzakirə olunacağı yığıncağın İsveç görüşlərindən əldə edilən nəticələrin təqibi çərçivəsində keçirildiyini qeyd edib.

Bədəvi həmçinin yığıncaqların mətbuata qapalı keçirildilini də bildirib.

Qeyd edək ki, İordaniyanın Xarici İşlər Nazirliyi sözüçüsü Süfyan əl-Kudat dünən verdiyi açıqlamada “Nazirlik BMT-nin Yəmən üzrə xüsusi nümayəndəsi Martin Qriffithsin Yəmən hökumətilə Husilər arasında əsir və məhkum mübadiləsilə əlaqəli saziş maddələrini müzakirə etmək üçün keçiriləcək görüşlərin İordaniyanın ev sahibliyində baş tutması barədəki tələbini qəbul etdi” ifadələrini işlətmişdi.



Әlaqәli Xәbәrlәr