Sergey Lavrov iordaniyalı həmkarı ilə Suriya məsələsini müzakire edib

Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov İordaniyanın Xarici İşlər naziri Ayman Safadi ilə Suriya məsələsini müzakirə edib.

1126279
Sergey Lavrov iordaniyalı həmkarı ilə Suriya məsələsini müzakire edib

Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov İordaniyanın Xarici İşlər naziri Ayman Safadi ilə Suriya məsələsini müzakirə edib.

Rusiya Xarici İşlər Nazirliyinin məlumatına görə, Lavrov Safadi ilə telefonla danışıb.

İki nazirin Suriya və ətrafındakı hadisələri vurğulayaraq, Orta Şərqdəki vəziyyəti müzakirə etdikləri bildirilən açıqlamada qeyd olunub ki, Lavrov Suriyada siyasi həllin başladılması üçün tərəflərin cəhdlərini güçləndirməsinin vacibliyini dilə gətirdi.

Açıqlamada Konstitusiya komitəsinin yaradılmasına dair Suriya tərəfilə Astana prosesinin zamin ölkələri olaraq Rusiya, Türkiyə və İranın apardığı fəaliyyətlərə görüşdə diqqət çəkildiyi bildirilib.

İordaniyalı nazir Safadinin isə suriyalı qaçqınların geri dönməsinə Rusiyanın verdiyi töhfəyə diqqət çəkərək, Rukban düşərgəsilə əlaqəli birgə fəaliyyətləri davam etdirməyin əhəmiyyətini vurğuladığı qeyd edilib.

Açıqlamada həmçinin Fələstin məsələsilə əlaqəli olaraq da iki nazirin fikir mübadiləsi apardığı ifadə edilib.



Әlaqәli Xәbәrlәr