Makron Fransa xalqına açıq məktub yazdı

Fransa prezidenti Emmanuel Makron “sarı jiletlilər”in aksiyaları nəticəsində yaranan problemlərə həll tapılması məqsədilə vətəndaşların da iştirakı ilə ölkə miqyasında müzakirələrin aparılacağını bildirdi.

1125311
Makron Fransa xalqına açıq məktub yazdı

Fransa prezidenti Emmanuel Makron “sarı jiletlilər”in zorakılığa səbəb olan nümayişləri ilə əlaqədar fransızlara açıq məktub yazdı.

Məktubunda ölkədə bəzi vətəndaşların yüksək vergilərdən, aşağı maaşlardan, ictimai xidmətlərin kifayət qədər olmamasından və normal insani şərtlərdə yaşamağın çətinliklərindən doğan qəzəblərini başa düşdüyünü bildirən Makron yalnız Fransada deyil, eyni zamanda, Avropada insanların narahat olduqlarını, bu səbəbdən problemlərə həll yollarının tapılmasının vacib olduğunu bildirdi.

Makron məktubunda zorakılığın tətbiq olunmaması şərtini vurğuladı.

Ölkənin seçilmiş insanlarının təhqir olunmasını, jurnalistlərin günahlandırılmasını, rəsmi qurumlara hücum edilməsini qəbul etməyəcəyini qeyd edən Fransa prezidenti “sarı jiletlilər”in etiraz aksiyaları nəticəsində yaranan problemlərin həll edilməsi üçün martın 15-ə qədər vətəndaşların da ölkə miqyasında müzakirələr aparacağını ifadə etdi.

Makron fransızların bu yolla ölkədəki problemlərlə bağlı fikirlərini bildirə və təkliflərini verə biləcəklərini qeyd etdi.

Prezident işsizliklə mübarizənin onun üçün prioritet məsələ olduğunu, ədalətsizliklərin qarşısının alınması üçün yeni sosial sistemin inşasının vacibliyinə inandığını söylədi.

Makron vergi sistemi, dövlət xərcləri, dövlətin və dövlət qurumlarının fəaliyyətləri, iqlim dəyişikliyi və demikratiya məsələlərinin müzakirə olunacağına diqqət çəkdi.

Prezident mühacirlər məsələsində təqib olunacaq yolun müəyyən olunması ilə bağlı da Fransa xalqına müraciət etdi.

Qeyd edək ki, Fransada yanacağın qiymətinin bahalaşmasına və iqtisadi şərtlərin ağırlaşmasına reaksiya olaraq 17 noyabr 2018-ci ildə başlayan aksiyalar ölkədə son illərin ən şiddıtli etrazları hesab olunur.

Etiraz aksiyalarında polislə nümayişçilər arasındaki qarşıdurmalar, dövlət qurumlarına hücumlar, mağazaların talan edilməsi və zibil bidonlarının yandırılması,  küçələrdə alovların yüksəlməsi, polisin aksiya iştirakçılarına müdaxiləsi diqqət çəkib.

Aksiyalarda 10 nəfər həlak olub və 1700-dən çox insan yaralanıb, 5600 aksiyaçı nəzarətə götürülüb, mindən çoxu barəsində həbs qətimkan tədbiri seçilib. 

Aksiyaların iqtisadi cəhətdən vurduğu zərərlər bunlardır: 58 min insan işsiz qalıb, bu, dövlətə 32 milyon avroya başa gəlib, alış-veriş mərkəzlərinə dəyən zərər 2 milyon avronu keçib.

Aksiyalar nəticəsində keçən ay Parisə beynəlxalq uçuşlarda 5-10%, bu ilin ilk 3 ayı üçün Parisə rezervasiyalarda 6,8 % azalma müşahidə olunub.

 



Әlaqәli Xәbәrlәr