İndoneziyada torpaq sürüşməsi qurbanlarının sayı artıb

İndoneziyanın Qərbi Yava əyalətinin Sukabumi şəhərində leysan yağışların səbəb olduğu torpaq sürüşməsi qurbanlarının sayı 32 nəfərə çatıb.

1120338
İndoneziyada torpaq sürüşməsi qurbanlarının sayı artıb

 İndoneziyanın Qərbi Yava əyalətinin Sukabumi şəhərində leysan yağışların səbəb olduğu torpaq sürüşməsiqurbanlarının sayı 32 nəfərə çatıb.

 “Kompas” qəzetinin xəbərinə görə, 31 dekabr 2018-ci il tarixində baş verən torpaq sürüşməsi nəticəsində 30 evin torpaq altında qaldığı Sirnaresmi kəndində axtarış fəaliyyətlərində daha bir nəfərin meytinin tapılması ilə qurbanların sayı 32 olub. Daha 2 nəfər itkin düşmüş hesab edilir. Təbii hadisə zamanı həmçinin 3 nəfər yaralanıb, onlardan birinin vəziyyəti ağır qiymətləndirilir.

Torpaq sürüşməsi zamanı 30 ev suyun altında qalıb. Axtarış-xilasetmə işləri davam edir.



Әlaqәli Xәbәrlәr