Con Bolton ölkəsinin qoşunlarının Suriyadan çıxarılması ilə əlaqəli İsrailə zəmanət verdi

ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Bolton ölkəsinin qoşunlarının Suriyadan çıxarılmasıı ilə əlaqəli İsrailə zəmanət verdi.

1120323
Con Bolton ölkəsinin qoşunlarının Suriyadan çıxarılması ilə əlaqəli İsrailə zəmanət verdi

ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Bolton ölkəsinin qoşunlarının Suriyadan çıxarılmasına dair İsrailə zəmanət verdi.

ABŞ prezidenti Donald Trampun Milli Təhlükəsizlik müşaviri Bolton və İsrailin baş naziri Binyamin Netanyahu Qərbi Qüdsdəki Baş Nazirlik ofisində ortaq mətbuat konfransı təşkil edib.

Bolton burada etdiyi çıxışda, Suriyadakı Amerikan əsgərlərinin çəkilməsinin Vaşinqtonun müttəfiqlərini müdafiəsini təmin edəcəyi ilə müşayiət olunacağını söyləyib.

Bolton ayrıca bir daha ABŞ prezidenti Trampla ABŞ əsgərlərinin Suriyadan çəkilmə məsələsini müzakirə edəcəklərini söyləyib.

İsrailin baş naziri Netanyahu ABŞ-nın BMT-də İsrailə sərhədsiz dəstək təmin etdiyini və " Siz ayrıca İsrailin özünü müdafiə haqqını da dəstəkləyirsiniz və biz də bunu praktikada istifadə edirik " deyib.

Netanyahu, "Bizim üçün vacib olan ən böyük dostumuz və ən böyük müttəfiqimiz ABŞ-ın dəstəyinin olduğunu bilirik" deyib.

Netanyahu işğal altındakı Qolan təpələrinin ölkənin təhlükəsizliyi üçün əhəmiyyətinə diqqət çəkərək, Qolan təpələrindən bir daha geri çəkilməyəcəyini qeyd edib.

Qeyd edək ki, ABŞ-ın Suriyadan çəkilməsi mövzusunda koordinasiya danışıqları aparmaq üçün dünən axşam İsrailə gələn Bolton İsrailin baş naziri Netanyahu ilə görüşündən əvvəl jurnalistlərə etdiyi açıqlamada, terror təşkilatı YPG/PKK-ya işarə edərək, ABŞ-ın Suriyadan çəkilməsinin Türkiyənin “Kürd döyüşçülərin” təhlükəsizliyinə zəmanət verməsi və DEAŞ-ın məğlub olunması şərtindən asılı olduğunu söyləmişdi.

Boltonun terrorçulardan “döyüşçü” kimi bəhs etməsi rəsmi Ankaranın sərt reaksiyasına səbəb oldu.



Әlaqәli Xәbәrlәr