Fransada etiraz aksiyalarında 18 nəfər həbs edildi

Fransanın paytaxtı Paris şəhərində onlarla sarı jiletli insan razılaşdırılmış etiraz aksiyasında iştirak etmək üçün küçələrə axışdı.

1119978
Fransada etiraz aksiyalarında 18 nəfər həbs edildi

Fransanın paytaxtı Paris şəhərində onlarla sarı jiletli insan razılaşdırılmış etiraz aksiyasında iştirak etmək üçün küçələrə axışdı.

Ölkədə təqribən 25 min adaman iştirak etdiyi aksiyalara polis yenə müdaxilə etdi.

Paytaxt Parisdə aksiyaçılar Yelisey çölü prospektində iki ayrı yerdə toplaşdı. Aksiyalarda 3500 aksiyaçı iştirak etdi, polis onlardan 18-ni həbs etdi.

Hazırda ölkənin Marsel, Ruane və bir sıra şəhərlərində mitinq keçirilir.

Qeyd edək ki, noyabrın 17-də Fransada avtomobil yanacaqlarının qiymətinin bahalaşmasına qarşı “sarı jiletlilərin” aksiyası başlayıb. Aksiyalar zamanı 11 nəfər həyatını itirdi, 200 nəfər xəsarət aldı.

Hadisələr zamanı 4 min 570 nəfər saxlanıldı, 216 aksiyaçı həbs edildi.



Әlaqәli Xәbәrlәr