ABŞ-ın Somalidəki hərbçilərinin sayını azaldacağı irəli sürüldü

ABŞ prezidenti Donald Trampın Suriyadan əsgərlərini tamamilə çıxaracağını açıqlamasından sonra ABŞ-ın Somalidəki hərbi mövcudluğunu da azaldacağı irəli sürüldü.

1119623

Amerikanın "NBC News" televiziya kanalının yüksək səviyyəli iki amerikalı səlahiyyətliyə əsaslandırdığı xəbərinə görə, Müdafiə Nazirliyi (Pentaqon) Somalidəki hərbi mövcudluğunu və terror təşkilatı Eş-Şebaba istiqamətli hava əməliyyatlarını ixtisar etməyi planlaşdırır.

Sözü gedən qaynaqların Eş-Şebabın rəhbərlərindən bəzilərinin ələ keçirildiyinə diqqət çəkərək, təşkilatın ABŞ üçün birbaşa təhlükə olmadığını söylədikləri bildirilib.

Qeyd edək ki, ABŞ-ın Somalidə əsgər və sivillərdən ibarət təqribən 500 nəfərlik personalı var.

Әlaqәli Xәbәrlәr