BMT Xaşoqçi qətli ilə  bağlı istintaqa münasibət bildirib

"Səudiyyə Ərəbistanında jurnalist Camal Xaşoqçinin öldürülməsi ilə bağlı başlanan cinayət işinin araşdırılması yetərli səviyyədə aparılmır".

1119373
BMT Xaşoqçi qətli ilə  bağlı istintaqa münasibət bildirib

Bunu BMT İnsan Hüquqları Ali Komissarlığının Camal  Xaşoqçinin qətli ilə bağlı Səudiyyə Ərəbistanının apardığı istintaqın gedişinə dair yaydığı açıqlamada bildirilib.

BMT,  araşdırmanın qaneedici olmadığını vurğulayaraq cinayət işini beynəlxalq istintaq tərəfindən aparmağa çağırıb.

Qeyd edək ki, tanınmış müxalifətçi ərəb jurnalist, “Washington Post” qəzetinin müxbiri Camal Xaşoqçi 2018-ci oktyabrın 2-də Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğunda öldürülüb.

 



Әlaqәli Xәbәrlәr