Vladimir Putin Emmanuel Makronla telefonla danışıb

Telefon danışığında Suriyadakı böhranın nizamlanması və Ukraynadakı münaqişə müzakirə edilib.

1118135
Vladimir Putin Emmanuel Makronla telefonla danışıb

Rusiya prezidenti Vladimir Putin fransalı həmkarı Emmanuel Makronla telefonla danışıb.

Telefon danışığında Suriyadakı böhranın nizamlanması və Ukraynadakı münaqişə müzakirə edilib.

Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb. 

Bildirilib ki, söhbət zamanı Suriya nizamlanması problemi ətraflı müzakirə edilib. Bu müzakirə ilk növbədə, 2018-ci ilin 27 oktyabrında Rusiya, Türkiyə, Almaniya və Fransa liderlərinin İstanbul sammitinin yekununda Suriyada konstitusiya komitəsinin formalaşdırılmasına dair əldə olunan razılaşmalar kontekstində aparılıb.

Prezidentlər həmçinin, 2018-ci il noyabrın 25-də Ukraynanın Kerç boğazındakı təxribatını nəzərə almaqla Ukraynada baş verən böhranla bağlı fikir mübadiləsi aparıblar.



Әlaqәli Xәbәrlәr